“Hədəf” və “XAN” nəşriyyatı kitablarına ilin ən böyük endirim yarmarkası

142 Baxış

23844583_1526759947400005_6617579953018089468_n

“Hədəf” Nəşrləri və “XAN” nəşriyyatı kitablarına ilin ən böyük endirim yarmarkasını təşkil edəcək. Nəşriyyat evindən Senet.az-a verilən məlumata görə, kitab yarmarkası noyabr ayının 28-dən etibarən həftənin 2,3,4,5-ci günlərində, saat 11:00-18:00 arasında Azərbaycan Milli Elmlər Akademiyasının parkında (Hüseyn Cavid prospekti 115) keçiriləcəkdir.

Qeyd edək ki, yarmarkada əksəriyyəti bədii əsərlər olan kitablar oxuculara 2 manatdan başlayan qiymətlərlə təqdim ediləcəkdir. Kitablar arasında son illərin yeni tərcümələri, gənc yazarların və klassiklərin əsərləri, xatirə ədəbiyyatına aid olan kitablar, o cümlədən uşaq nəşrləri yer alıb.

Bölmə : Sənət xəbər