“Hədəf” və “XAN” nəşrləri 34-cü İstanbul Kitab Sərgi-Yarmarkasında iştirak edir

84 Baxış

kitap7-10 noyabr tarixlərində İstanbulda 34-cü beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək.

Sərgidə Hədəf və “XAN” nəşrlərinin nümayəndə heyəti də iştirak edir. Burada nəşriyyatın müxtəlif adda kitabları nümayiş olunacaq. Həmçinin XAN nəşrlərinin Mədəniyyət və Turizm Nazirliyi ilə ortaq layihəsi olan “Yazıçılarımızı dünyaya tanıdaq” adlı kitab dəsti də sərgi iştirakçılarına təqdim ediləcək.

Qeyd edək ki, 34 il müddətdə uğurla fəaliyyət göstərən sərgidə Avropanın ən böyük ölkələrinin dövlət və özəl nəşriyyatları ilə yanaşı Amerika, Kanada, Yaponiya, Çin, Koreya, Səudiyyə Ərəbistanı, Hindistan və s.-dən 500-ə yaxın təşkilat iştirak edir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkə nəşriyyatlarının nümayəndələri ənənəvi olaraq hər il bu sərgidə xüsusi ekspozisiya ilə təmsil olunur. Cari ildə də nazirliyin iştirakı ilə əlaqədar olaraq 50 kv.m. sahə icarəyə götürülmüşdür.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10