“Hədəf” və “XAN” nəşrlərinin 2017-ci ilin noyabr ayı ərzində ən çox satılan kitabları

88 Baxış

24324043_757426844451947_1936592884_o

“Hədəf” və “XAN” nəşrlərinin 2017-ci ilin noyabr ayı ərzində ən çox satılan kitablarının onluğu:

1. Rüstəm Behrudi – “Şaman duasından dar ağacına”

Kitabda şair RÜstəm Behrudinin şeirləri toplanıb. Sibirdə ovçu bir yakut ilə ucsuz-bucaqsız çöldə heyvan bəsləyən bir qazax, Urmiçi yaxınlığında bir kənddə bir əkinçi ilə İstanbullu bir tuccar, bir Hun savaşçısı ilə VIII əsrdə Monqolustanda bir karvançı, XV əsrdə Azərbaycanda olan bir sufi, hurifi ilə, XVI əsrdə Avropada savaşan bir Osmanlı paşası, cağdaş Altaylardakı bir şamanla kommunist şair H.Hikmət arasındakı bağın adı nədi gorəsən? İki min ildən çox zaman içində qopub tükənməyən bu bağın şaman dualarına buruduyum bircə adı var – TURAN.

2. Qriqori Petrov – “Ağ zanbaqlar ölkəsi”

Qriqoriy Petrov bu əsərində, bir neçə intellektualın bir araya gələrək necə Finlandiyanı “bataqlıqlar ölkəsindən” “Ağ zanbaqlar ölkəsinə” çevirməyi bacardıqlarını izah edib. Xüsusən də günümüzdə xalqımızdan və onun dəyərlərindən şikayətçi olub fəliyyət göstərməyən, “mən nə edə bilərəm ki?”, “heç nə mumkun deyil” deyən intellektuallarımızın, yazarlarımızın, düşünən insanlarımızın bu kitabı oxumasını istərdik. Çünki bu əsər iradə və fəaliyyət olan yerdə hər şeyin mümkün olduğunu, bir neçə nəfərin kollektiv fəaliyyət göstərərək bir xalqı və dövləti necə inkişaf etdirə bildiyini faktlarla sübuta yetirir.

3. Orhan Pamuk – “Qırmızısaçlı qadın”

Məşhur türkiyəli yazar Orhan Pamukun “Qırmızısaçlı qadın” romanı bizi otuz il öncə İstanbul yaxınlığındakı bir qəsəbədə bir gəncin sarsıdıcı eşq hekayəsi vasitəsiylə böyük insanı günahın izindən aparır. Yüz illər qabaq yaranan əfsanələrlə bu günümüzdəki mövzuları bir kontekstdə birləşdirir. “Müasir adam şəhərin meşəsində itən adamdır. Bu da atasız qalmaq deməkdir. Atanın axtarışı da boşunadır, əslində. Kişi müasir biridirsə, şəhərin izdihamında atasını tapa bilməyəcək. Tapsa da bu səfər fərd ola bilməyəcək. Fransız ixtiraçı Jan-Jak Russo bunu çox yaxşı bildiyi üçün dörd övladını müasir olsunlar deyə bilə-bilə atmış, onlara atalıq etməmişdir. Russo uşaqlarından narahat belə olmamış, bir dəfə də olsun axtarmamışdı. Sən də məni müasir olum deyə tərk etdin? Elədirsə haqlısan.”

4. Cəmşid Əmirov – “Brilyant məsələsi”

Cəmşid Əmirov 1962-ci ildə qələmə aldığı “Brilyant məsələsi” povestinin baş qəhrəmanlarını – qumarbaz Yədullanı və Zerkola Klaranı (Klara Yusifzadə) əsərə real həyatdan gətirib. Povest boyunca oxucu bu mənfi obrazlarla, kapitan İsayevin timsalında onlara qarşı mübarizə aparan, aman vermədən onları təqib edən personajların başına gələnlərə şahidlik edirlər və bu müddətdə nə zaman baş verdiyini hiss etmədən gözlərini açarkən özlərini qarışıq cinayət hadisələrinin düz ortasında tapırlar.

5. Yusif Vəzir Çəmənzəminli – “İki od arasında”

Romanında məşhur şair Molla Pənah Vaqifin həyatından və onun Qarabağ xanlığında vəzir olduğu zaman Azərbaycanın siyasi həyatında baş verən hadisələrdən bəhs edilir. Bu əsər Hədəf Nəşrləri tərəfindən təkrar olaraq, “XAN Milli Ədəbiyyat” layihəsi çərçivəsində nəşr edilib.

6. Dilbər Axundzadə – “Müşfiqli günlər”

 

Xatirə Ədəbiyyatı silsiləsindən 6-cı kitab.

Bu kitabda toplanmış xatirələr ölməz şairimiz Mikayıl Müşfiqin ömür gün sirdaşı, şəxsiyyətə pərəstiş illərində başı müsibətlər çəkmiş Dilbər Axundzadənin şairlə bağlı qələmə aldığı könül çırpıntılarıdır. Xatirələr həmin dövrün acılarını duymaq və şairin yaradıcılığını öyrənmək baxımından daim öz aktuallığını saxlamaqdadır.

7. Artur Konan Doyl – “Boskomb vadisinin sirri”

 

Kitab məşhur ingilis yazıçısı, Şerlok Holms obrazının yaradıcısı Artur Konan Doylun altı hekayəsindən ibarətdir. Hekayələri oxucuya sevdirən obrazdakı məntiq zəkası, təhlil etmək bacarığı və dərin müşahidəçilik qabiliyyətidir.

8. Məmməd Səid Ordubadi – “Qılınc və qələm”

Fəxrəddinin timsalında azadlıq fədaisinin, Nizami Gəncəvinin timsalında xalqına bağlı olan Azərbaycan ziyalısının, Qızıl Arslan simasında mübariz sərkərdə və ədalətli hökmdarın obrazı yaradılır. Eyni zamanda Məhsəti Gəncəvi obrazı ilə də o dövruün ədəbi mühitində qadınların rolu və ümumiyyətlə, Azərbaycan ədəbiyyatında və mədəniyyətində qadına şəxsiyyət kimi verilən dəyər tərənnüm olunur.

9. Mişkinaz Cavid, Turan Cavid – “Cavid haqqında xatirələr”

Xatirə Ədəbiyyatı silsiləsindən 8-ci kitab.

Kitabda böyük Azərbaycan mütəfəkkiri Hüseyn Cavidin ailə üzvlərinin – həyat yoldaşının və qızının Cavid haqqındakı xatirələri toplanmışdır. Bu xatirələr şairin acı taleyinin ağır anlarını bir daha yaşamaqla yanaşı oxucuya, böyük sənətkarın irsinin əbədiliyinə inam hislərini aşılayır.

10. Otto Vayninger – “Cins və xarakter”

XX əsrin əvvəllərində Viyana estetik, erotik və intellektual bir dünya kimi anılır: Freyd və psixoanalizin doğuluş yeri, vals və Sniclerin romanları kimi. Çandak Senqopta iddia edir ki, bu mədəni titrəyişin konteksti təsəvvür etdiyinizdən də tutqun və qəlizdir. Bu qalmaqallı və maarifləndirici mühiti filosof Otto Vayninger (1880-1903) mübahisəli “Cins və xarakter” kitabında araşdırır. Bu kitabın nəşrindən qısa muddət sonra Vayninger intihar edir. Qadın və yəhudilərin individuallıqdan məhrum cinsi təlabat məhsulu olduğunu iddia edən kitab bestsellerə cevrilir.

KÖŞƏ YAZARLARI
TOP 10