Hədəf və “XAN” nəşrlərinin Türkmənistandakı fəaliyyəti uğurla davam edir

92 Baxış

IMG_6542Xəbər verdiyimiz kimi, Hədəf Nəşrləri və “XAN” nəşriyyatının nümayəndə heyəti Türkmənistanda keçiriləcək X Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edir.

Nümayəndə heyətindən Senet.az-a verilən məlumata görə artıq sərgidə stendlərin hazırlanma prosesi başa çatıb. Türkmənistanda Azərbaycan Ədəbiyyatı və Mədəniyyətinin təbliği yönümdə müxtəlif işlər görülür. Bu məqsədlə stendlərdə nümayiş olunan müxtəlif növ kitablar və Azərbaycan yazıçılarının portretləri tədbir iştirakçılarına pulsuz hədiyyə olunur. Bununla yanaşı “XAN” nəşriyyatının Mədəniyyət və Turizm Nazirliyi ilə ortaq layihəsi çərçivəsində işıq üzü görən “Yazıçılarımızı dünyaya tanıdaq” adlı ingilis dilli kitab dəsti də sərgiyə gələn qonaqların böyük marağına səbəb olub.

Qeyd edək ki, nəşriyyatlar sərgi günlərində keçiriləcək müsəbiqəyə 7 nominasiya üzrə müxtəlif nəşrlərini təqdim ediblər. Sərgi müddətində Şəmil Sadiqin və Elvin Əliyevin Ədəbiyyatda türklərin tarixi mövzularında çıxışları olacaq.

 

Bölmə : Bölməsiz, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10