“Hədəf”də müəllimlərlə görüş – FOTO

33 Baxış

23760249_751307131730585_383983876_o

Bu gün “Hədəf” Şirkətlər Qrupunun rəhbərliyi Təhsil Nazirliyinin müəllim imtahanını uğurla başa vuran müəllimlərlə görüş keçirib.

Şirkətdən aldığımız məlumata görə, f.ü.f.d. Şəmil Sadiqin rəhbərliyi altında keçən görüşdə müəllimlərin iş prinsipi, tətbiq etdikləri metodlar və perspektivlər əsas mövzu olub. Tədbirdə əsasən respublikanın ucqar məktəblərində işləməyi seçən müəllimlərin çoxluğu müzakirənin ümumi istiqamətlərini regionlarda təhsilin səviyyəsinə yönəldib. “Hədəf”in rəhbərliyi həmin müəllimlərə stimul üçün şirkət tərəfindən bir sıra köməkliyin olunacağını bildirib, əlaqələrin davamlı olmasını, bununla da regionlardakı istedadlı uşaqların vaxtında kəşf olunub qiymətləndirilməsinin vacibliyini vurğulayıb. Tədbir iştirakçılarına hədiyyələr verilib, gələcək fəaliyyətlərində uğurlar arzulanıb. Sonda xatirə şəkli çəkilib.

KÖŞƏ YAZARLARI
TOP 10