Aprelin 21-i “Hədəf” Kurslarının dinləyiciləri Azərbaycan İstiqlal Muzeyində olublar. Onlar Azərbaycan tarixinin görkəmli siyasi-hərbi xadimi general Əliağa Şıxlinskinin 150 illiyinə həsr edilmiş xatirə sərgisində iştirak ediblər.
Sərgi zamanı “Hədəf” Kurslarının Layihələr və Xarici Əlaqələr üzrə direktoru Elvin Əliyev İstiqlal Muzeyi haqqında geniş məlumat verib.
“Hədəf” Kursları Nizami filialının müdir müavini Məzahim Mustafazadə Əliağa Şıxlinskinin xalqımızın tarixində gördüyü vacib işlər, onun kimliyinin əhəmiyyəti ilə bağlı şagirdləri məlumatlandırıb.
Qeyd edək ki, Azərbaycan İstiqlal Muzeyi və “Hədəf” Kursları arasında imzalanmış razılaşmaya əsasən bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.