“Həddən artıq uyğunluq” filminin təqdimatı keçiriləcək

2 Baxış

“Həddən artıq uyğunluq” filminin təqdimatı keçiriləcəkNizami Kino Mərkəzində “Həddən artıq uyğunluq” filminin təqdimatı keçiriləcək.

Senet.az saytı Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına istinadən xəbər verir ki, rejissor Ülviyyə Könülün müəllifi oldğu film dekabrın 15-də nümayiş olunacaq.

Bədii film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Çəkilişləri ABŞ-da və Azərbaycanda aparılan filmin ssenari müəllifləri Ramiz Fətəliyev və Aleksandr Mərdan, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.

Romantik komediya janrlı filmdə baş rolları Azərbaycanın xalq artisti Afaq Bəşirqızı, aktyorlar Tural Əsədov, Aydan Axundova, Kamran Ağabalayev, Azərbaycan əsilli ABŞ aktrisası Yevgeniya Orucova və digərləri canlandırırlar.

Bölmə : Kino
KÖŞƏ YAZARLARI
TOP 10