Həftəsonu oxusu: İsmayıl Kazımov-”Pasaport”

16 Baxış

isnma

 

Senet.az İsmayıl Kazımovun “Pasaport” hekayəsini təqdim edir:

 

Pasaport

 

İsi Lazımzadə Türkiyəyə getməsəydi, bəlkə də bu hadisə   olmayajaqdı. Həmin hadisə uzaq Bursada baş vermişdi. İsinin Bursada nə işi vardı ki, bu hadisə də onun başına gələydi. O, Sonqar türklərinin tarixi, folkloru, dili ilə neçə illər idi ki məşğul olurdu. Sonqarlar İranın Həmədan şəhərinə yaxın bir ərazdə, iki dağın arasında yaşayırdılar. Onların özlərinə məxsus adət-ənənələri, dilləri var idi. İsi o vaxt-80-ji illərin sonlarında instituta işə düzələndə ona belə bir mövzu verilmişdilər ki, sonqarların dilini, tavrixini, qədim mədəniyyətini öyrənsin, çünki İranda bu dili öyrənənlər yoxdur. Bu dili öyrənmək lazım idi ki, ölüb getməsin.

Sonqar türkləri bir neçə dəfə sürgünə, deportasiyaya məruz qalmışdılar. Fars şovinistləri onları indiki yaşadıqları iki dağın arasına elliklə göndərmişdilər ki, səsləri çıxmasın.

Sovet dönəmi dağıldıqdan sonra sonqraların bir hissəsi Türkiyəyə pənah gətirdi. Bursada onlar üçün gözəl yaşayış məskəni saldılar…

Bursada həmin türklərin sürgün olunmasının 70 illiyinə həsr olunmuş simpozium keçiriləjəkdi. Ona görə də Azərbayjandan bir neçə tarixçi alimi, o jümlədən də İsini də Bursaya dəvət etmişdilər.

 

Sevinirdi…Türkiyənin bir çox şəhərlərini gəzib görsə də, görmədiyi, internet vasitəsilə tanış olduğu bu yerləri görməyə ürəkdən jan atırdı. Saytlardan Türkiyənin dördünjü şəhəri olan Bursa, Ulu dağ, bu adı daşıyan Universitet haqqında ilkin məlumatlar da əldə   etmişdi. Onu da öyrənmişdi ki, İstanbuldan Bursaya təkjə quru yolla deyil, həm də dəniz yolu ilə gedirlər. Belə bir informasiya ilə də tanış olmuşdu ki, Bursanın Uludağ universitetində 58 min tələbə oxuyur.

İsinin Türkiyə ilə, türklərlə əlaqəsi hələ doxsanınjı illərin əvvəllərindən başlanmışdı. Azərbayjanda türk liseyləri açılanda onu da bu məktəblərdə dərs deməyə dəvət etmişdilər. İsi burada yaxşı maaş alırdı, o vaxtkı pulla 28 şirvan. Əsas iş yerindən 2 şirvan alan İsi çox məmnun idi, bu pulla məjburi köçkünlərini də saxlayırdı. Atası, anası, bajı və qardaşları ona dövlət tərəfindən verilmiş evdə yaşayırdılar.

 

…On ildən sonra İsini həmin liseydən çıxartdılar…Həmin günlərdə «Həyat» rejesdən İsigilə zəng gəldi,- Əfəndim, ev telefonunuzun numarası buzdolabına düşüb. Pasaportunuzu götürün, bura gəlin. İsi əvvəl heç nə başa düşmədi. Bu nə olan şeydir? Telefon nömrəsinə uduş!. İsi oğluna bu vəziyyəti dedi, -Ə, dədə kimisə sənə sataşır, elə şey ola bilməz. Daha əhəmiyyət vermədilər.

Bir neçə gündən sonra İsigilə yenə telefon açıldı, bir qız uşağı, xojam, sizə məlum etmişdik, pasaportunuzu da özünüzlə götürüb «Həyat» rejesə gəlin, buzdolabını aparın. İsi pasaportunu da götürüb hotelə gəldi, qorxurdu, yalan ola, bu xəbər, ona pis təsir eləyə. Qorxa-qorxa qapıçıya yaxınlaşdı və nə üçün gəldiyini anlatdı. Türk onu ikinji kata çıxmağı göstərdi. İsidən pasaportunu istədilər, təbrik edirik, xojam, gözünüz aydın olsun, ev telefonunuzun numarası buzbolabına düşüb. İsi qımışdı, istədi nə isə deyə, dinmədi, amma ürəkdən sevinirdi, çünki evindəki soyuduju çox köhnəlmişdi, institutun inventarlarından biri idi, direktor müavini Mədəd o zaman İsiyə yazığı gəlmişdi ki, qaçqın saxlayırsan, təzəsini almağa pulun olmaz, apar işlət…

İsi oğluna zəng elədi ki, əyə, bala, buzdolabı məsələsi doğru imiş, gəl kömək elə xoladenliyi anbardan götürüb evə aparaq.

Həmin gün İsigilin qohumları da eşitdilər ki, İsinin loteriyası xoladenlik udub, onu istəməyən qohumlarından biri, -bəxtəvər başına, ay İsi ulduzun doğub,-demişdi. Bu da İsinin xətrinə bərk dəymişdi,-bunlardan qohum olmaz, yadlar bunladan yaxşıdır,-demişdi.

İsi, ümumiyyətlə, gəzməyi, İranı, Türkiyəni çox sevirdi. İstanbulda, Ankarada, Rizedə, Trabzonda, Eskişəhərdə olmuşdu. Konfranslarda, simpoziumlarda türkologiyanın aktual problemləri ilə bağlı çıxışlar etmişdi, müxtəlif ölkələrdən gələn alimlərlə tanış olmuşdu. İsi hansı şəhərdə olurdusa-olsun, hansı mövzularda çıxış edirdisə, Bakıya dönəndən sonra öz təəssüratlarını «Əqidə» qəzetində çap etdirirdi. «Əqidə» yüksək səviyyəli elm, ədəbiyyat, mədəniyət qəzeti idi, respublikada, respublikadan kənarda da pulsuz yayılırdı. Onun naşiri olduqja fəal, bədii publisistikası, şeiriyyət dolu nəsri, ilhamla yazılmış şerləri ilə hamının istəklisinə çevrilmişdi. Qəzet tez bir zamanda tanındı və sevildi. Bütün çoxsaylı qəzetləri kölgədə qoydu.

İsini kim idi tanıyan? «Əqidə» onu yavaş-yavaş tanıdırdı. Bəziləri, İsinin yazılarına məhəl vermirdilər. Bəzən iş yoldaşları, yeyib-içəndə İsinin məqalələrindən ağız uju söhbət salırdılar, qəsdən tərifləyirdilər ki, İsi «şotu» versin. İsinin də tərifdən xoşu gəlirdi. Çoxları İsinin ürəkaçıqlığını onun sadəlövlüyü sayırdılar. İsi istəyirdi ki, onun məqalələrinə pis-yaxşı münasibət bildirsinlər. Bəziləri İsiyə sataşırdı, əyə bu nədir, yazmısan, İsi də deyirdi ki, özüm bilərəm…

 

İsinin çalışdığı elmi-tədqiqat institutundan tez-tez elmi ezamiyyətə getməsinə arvadı da narazı idi. Yeni təyin olunmuş direktor Fəxri Veysəlli də elə hara gəldi İsini göndərirdi, deyirdi ki, gözün açılsın, türkoloqsan, səni də türk dünyasında tanısınlar.

Arvadı nə üçün İsinin xariji ölkələrə getməsini istəmirdi? Ona görə ki, İsi belə yerlərdə özünü bəzən itirirdi, hərəkətlərinə bir o qədər də fikir vermirdi.

Bir dəfə İrana getmişdilər. Həkimə. İsi arvadını ürək həkiminə göstərməliydi. Arvadın ürəyi tez-tez ağrıyırdı.

Biləsuvar keçid məntəqəsində baş nə təhər qarışırsa, İsinin pasaportuna ijazə möhürü vurmurlar. Əslində bunun günahı İsidə olmamışdı. Keçid məntəqəsinin rəisi İsini görəndə, daha doğrusu, İsinin pasaportunu görəndə heyrətlənmişdi. Ona görə ki, İsinin bu pasaportu yüksək səviyyəli məmurlarlara verilən xidməti pasaportlardan idi. Nəzarətçi də İsini başdan-başa süzmüş, pasaportu görəndə onun nə işlə məşğul olması ilə maraqlanmışdı. İsi yazıq nə qədər desə də ki, ağa, mən elmi işçiyəm, müəlliməm, özəl ali məktəblərdə dərs aparıram. Onlar əsla inanmamışdılar. Çünki bu diplomatik pasaport onun yüksək vəzifə sahibi olmasınından xəbər verirdi. Bu pasportu əslində vəzifəli adamlara verirdilər. İsinin isə çalışdığı yerlərdə əməlli-başlı bir vəzifəsi olmamışdı.

-Ağa Bəküdə hansı görəvə baxırsan?- soruşmuşdular.

-Elmi işlə məşğul oluram, bir də özəl universitetlərdə dərs aparıram.

-Ola bilməz, ağa, bu pasaportu hər adama vermirlər.

İsi nə qədər desə də, keçid məntəqəsinin rəisi ona inanmamışdı. İsi rəisə demişdi ki, dəxli yoxdu, nə zaman Azərbayjana- Bakıya gəlsəniz mənə telefon edin, sizin qulluğunuzda duraram, nə işiniz olsa sizə kömək əli uzadaram, qonağım olarsınız.

Bu qızğın, majəra dolu söhbətlər onların başını elə qarışdırmışdır ki, İsinin pasaportuna izn-ijazə möhürü vurulması yaddan çıxmışdı.

İsigil Təbriz hotellərinin birində məskunlaşdılar. Pasaportu yoxlayanlar görürlər ki, burada möhür yoxdur. Polisə xəbər verirlər. Bu nejə olan işdir, pasaportda ijazə möhürü yoxdur. İsini polis idarəsinə aparırlar. Ona deyirlər ki, tez Biləsuvara qayıdırsan, pasapota möhür vurulandan sonra yenidən Təbrizə gələrsən. İsi yalvarır-yaxarır ki, ağa, uzaq yoldur, halım da yoxdur, xəstə adamam, arvadı kimin yanında qoyum geri qayıdım, bura İrandır. İsi, hətta, polis məmurlarına rüşvət də təklif edir, məmur,-ağa, bura Bakü deyil, bura Təbrizdir, bizdə də belə şeylər olmaz.

Xülasə, Təbrizdən Bakıya zəng edib İsi barədə bəzi məlumatları alandan sonra onu hotelə buraxmışdılar.

İndi o zamandan bəri İsinin arvadı onu gözüm-çıxdıya salırdı ki, bir iş bajarmırsan, bajarıqsız adamsan, pasaporta da möhür vurdurmamısan. Hər dəfə İsini bir xariji ölkəyə çağıranda arvad üstünü qırğı kimi kəsir, səriştəsiz adamsan, xariji ölkədə sənin nə işin, nə azarın var, baş çıxara bilməzsən. Əslinə qalanda pasaport bəhanə idi, arvadı onun xariji ölkələrə getməsini istəmirdi. Axı, getdiyi yerlərdə pul xərjlənirdi. Düzdür, İsinin yol xərjini və digər xərjlərini çalışdığı müəssisə ödəyirdi, dəvət edən təşkilat verirdi.

 

…İndi yenə pasaport hadisəsi Bursa da meydana çıxdı. Türklər azərilər kimi «pasport» deyil, «pasaport» deyirlər. Qəribədir ki, birdən-birə İsinin pasaportu hoteldə yoxa çıxdı. Elə bir pasaport yağlı əppək olub… göyə qalxmışdı. İsinin pasaportunun itməsi tezliklə simpozium işirakçılarının arasında yayıldı. Maraq dolu nəzərlər ona on səkkiz ölkədən gəlmiş alimlərin diqqətini çəkdi.- Bu nasıl kişidir ki, bir pasaport nədir ki, onu da salıb itirib, saxlaya bilməyib. İsi hoteldəki otağı, jamadanını ələk-fələk elədi, hara baxdısa, pasaport tapılmadı, get-gedə həyəjan onu bürüyürdü, bəs geriyə-Bakıya nasıl dönəjək? Pasaport olmasa, aeroportdan-hava alanından onu kimi buraxar, kim bilet verər?…

İsi hotelin müdir bəyi ilə görüşdü, əfəndim, siz mənim pasaportumu qaytarmamısınız, desə də xeyiri olmadı. Hətta ona pasaportu verən zaman kameradan çəkilmiş solğun bir görüntünü də göstərdilər. İsi pasaportu jibinə qoyduğu məqamı. İsi yəqin etdi ki, pasaportu qaytarıblar. İsi dəli vəziyyətinə düşmüşdü, yol yoldaşları da ona təskinlik verirdilər ki, darıxma, özünü ələ əl, əvvəl-axır pasaport tapılajaq.

İsi penjəyini, paltosunu çıxardığı yerləri, stulların, stolların, çıxış etdiyi yerin ətrafını ələk-vələk elədi, hoteldəki otağın bir yırtıq-deyişi qalmadı, axtardı, axtardı, pasaportu gördüm deyən olmadı.

İsi «Sonqar türklərinin dili» adlı məruzəsini də nasıl etdisə də, heç özü də bilmədi nə konuşdu. Hətta heç ona sual verən də olmadı. İsiyə elə gəldi ki, çıxışı dinləyijilərə-öyrətmənlərə, öyrənjilərə və simpoziumun digər iştirakçılarına zəif təsir bağışladı.

İştirakçıların başı simpoziuma qarışanda, İsi Bursadakı polis məntəqəsinə getməyi qərara aldı. İsini polis idarəsində ədəblə, mərifətlə qarşıladılar. «Şahsın kanuni hakları» adlı ifadəsini aldılar. İfadə də deyilirdi: «Ben Azerbayjan vatandaşı olarak bir sempozyum gereği Bursaya geldim ve bir kaç gündür U.Ü.Kampüs içerisinde bulunan Holiday İn Otelinde misafir kalıyordum. Dün yani 14.11.2014 günü öğlen saatlerinde Azerbayjan hükümetinin bana verdiği şu anda seri numarasını bilmediğim pasaportumu kayıp ettim. Bir süre sonra pasaportumu bilabilejeğim düşünjesi ile kendi imkanlarım ile araştırmama rağmen pasaportumu bulamayınja bilabilejeğim düşünjesi ile kendi imkanlarım ile araştırmama rağmen pasaportumu bulmayınja mürajaat için Polis Merkezine geldim. Ben tam olarak pasaportumu ne zaman ve nerede kayıp ettiğimi bilmiyorum. Benim bu konu ile ilgili olarak kimseden dava ve şikayetim yoktur».

-Əfəndim, narahat olma, bizim verdiyimiz bu sənədi nerəyə lazımdır, ora verərsən, dedilər. Heç bir qorxusu yoxdur. İsi bir az toxdadı, arxayınlaşdı, rahatlaşdı.

Türklər polis idarəsinə «karakol» deyirlər. İsi türklərin köy-kənd mövzusunda olan sinemalarını çox sevirdi. O, türk sinemalarında bu sözü tez-tez eşitsə də, mənasına fikir verməmişdi.   Bir dəfə böyük nəvəsindən-Tunardan «karakol nədir?» soruşdu. Nəvəsinin babasına ajığı tutdu, ə, baba, özü də türkoloqsan, türklərin işlətdiyi sözün mənasını bilmirsən, ayıb deyil. O zaman uşaq sözün mənasını çox aydın şəkildə babasına demişdi. İsi nəvəsi ilə fəxr eləmişdi ki, özü bilmədiyini nəvəsi bilir, düşünjəsi yaxşıdır. İsi isə, ə bala, hər sözün mənasını bilmək çətindir,.. demişdi.

Simpoziumun sonunju günü. Hamı yatmışdı. İsi sübh səhərdən hotelin həyətinə düşdü. Üç gün idi ki, duman Bursanı, Bursaətrafı meşəlikləri bürümüşdü, həzin-həzin ağlayan dilsiz bir qadın tək dağların sinəsinə çökən lal buludlar da kinini azaldılmış kimi ara vermədən gözünü yumub su ələyirdi.

Bu gün iştirakçılar yır-yığış edirdilər. Kamil Nərimanoğlu bu yerləri yaxşı tanıdığı üçün İsi ilə söhbət edirdi: O, Bursanın təbiətindən danışırdı. Bursanı dalğavarı şəkildə hasar kimi əhatə edən dağlardan, onun hündür yerlərindən, şəlalə əmələ gətirərək, qıchaqıc axan gömgöy, göz yaşına bənzər sularından, çərgə ilə bitmiş təbii qayın meşələrindən, təpələrin qoltuqlarında gizlənirmiş kimi bükülən çəmənlərindən, çiçəklərindən, gündə bir neçə dəfə dəyişən iqlimdən danışırdı.-Burda yaşayan insanların mədəni olmasına söz yoxdur, dolanışıqları da pis deyil. Bu söhbət əsnasında İsinin fikri pasaportunun yanında idi, o, gözünü uzaqda oynaşan quşlara dikdi. Onlar bir-birini qovurdular…

İsiyə təsəlli verirdilər. Bu zaman tənha bir şahin də qıy vuraraq göy səmanı süzdü, gah aşağı şığıdı, göz yaşı kimi şəffaf dənizin sularında çimdi, gah da yenidən göylərə ujalıb «darıxma İsi, darıxma!»-deyə səbri tükənmiş İsiyə təsəli vermiş kimi, arabir hayqırdı.İsi bu hayqırtıya diksindi.

-Nə fikir edirsən, uzaq başı bizə gedərik-İstanbula,- Kamil müəllim dedi.

Birdən şıdırğı yağış yağmağa başladı, lakin şiddətli külək onu qovub uzaqlara apardı. Göyün üzünə zülmət kimi çökmüş qara buludlar parça-parça olub bir-birindən aralandı. Səma güzgü kimi açıldı. Ulduzlar çökəklərə tökülüb səssizliyi dinləyən gölməçələrin içində sayrışmağa başladı. Ürəyinin ajısını, kin və kədərini göz yaşları ilə soyudan analar kimi təbiət də gözündən axan iri damlalardan sonra sanki köksünü ötürərək süst düşmüşdü. İndi iki saat əvvəlki şırıltı və şaqqıltıdan heç bir əsər-əlamət qalmamışdı.

Bu gün İsigil-Bakıdan gələnlər də Sonqar türklərinin sürgün illərini əks etdirən abidənin açılışında olmalı idilər. İsigil otobusa doluşdular. Yenə pasaport məsələsi bu bir saatlıq yolda müzakirə obyektinə çevrildi.

İsini fikir götürmüşdü. Axşam saatlarında uçaqla Bakıya dönməliydilər. Otobusda İsidən sağda oturan Atamoğlan müəllim birdən paltosunun çibindən göy rəngli pasaportu çıxardı, sevinjək pasaport məndə imiş dedi. Atamoğlan BDU-nun tarix fakültəsində dosent vəzifəsində çalışırdı. Sən demə, hoteldə İsinin pasaportunu Atamoğlan müəllimə vermişdilər. Atamoğlan müəllim boy-buxunundan, keçəlliyindən İsiyə oxşayırdı. Deyəsən, onları dəyişik salmışdılar. Atamoğlan müəllimin pasaportu isə elə hoteldəki pasaportların içində qalmışdı. Atamoğlan pasaportu İsiyə uzatdı.- Ay evin tikilsin, bəs pasaportu götürmüsən, bir aç içinə bax, gör kimindir? Bu yazıq İsi müəllimin də yediyin-içdiyin neçə gündür, haram eləmisən. Otobusdakılar həddən artıq İsi ilə bərabər sevindilər. İsini təbrik etdilər. İsinin sevinjinin həddi-hüdudu yox idi. İsi bəlkə də ömründə belə sevinməmişdi. Dərindən nəfəs aldı, -Allah sənə şükür, sənə inanmayanlara lənət, dedi. Yol yoldaşları da İsini yolboyu təbrik etdilər, Allah adamısan, dedilər. İsidən zarafata salıb qonaqlıq istədilər. İsi söz verdi ki, aeroportda sizə araq alajağam, yeyin-için.

Aeroportda İsinin sağlığına badələr doldu-boşaldı, ən çox sevinən isə İsinin dostu, Sonqar türklərinin folklor və mədəniyyətini dərindən araşdıran, neçə-neçə kitabların müəllifi Bolqar Universitetinin rektoru, professor Adil müəllim idi.

İsini Adil müəllimlə birləşdirən dostluq telləri elə Sonqar türkləri idi. Sovet dövləti dağılandan sonra onlar müəyyən tədbirlərdə birgə iştirak edərdilər.

Badələr doldu-boşaldı, bir də ayıldılar ki, gejədən xeyli keçib. İsinin nəzərləri göydəki ulduzlara dikildi. Göyün üzü şüşə kimi aydın idi. İstanbul gejələri həmişə belə olur. Uzaqlardan durub kainata baxan ulduzlar titrəşirdi. Külək zəif əssə də, adamın əl-ayağını ülgüj tək kəsirdi. Uçağın qalxmasına isə lap az qalıdı.

… Uçaq göyə qalxdı. İsini indi iki saat yarımdan sonra Bakı hava limanında oğlu qarşılayajaqdı…

Bölmə : Sənət xəbər