Həmidə xanım Cəlil Məmmədquluzadənin kimliyini niyə gizlədirdi?

216 Baxış

celil_memmedqulizade_

Senet.az ədəbiyyat və sənət dərgisində şənbə günləri “Memuar notlar” layihəsi:

 

Layihənin birinci yazısı: 

Layihənin ikinci yazısı: 

Layihənin üçüncü yazısı:

 Layihənin dördüncü yazısı:

Layihənin beşinci yazısı:

Layihənin altıncı yazısı:

Layihənin yeddinci yazısı:

Layihənin səkkizinci yazısı:

Layihənin doqquzuncu yazısı:

Layihənin onuncu yazısı:

***

MirzəCəlil çoxdan idi ki, bir satirik jurnal çıxarmaq istəyirdi. Jurnalın adının nə olacağı haq-qında çox fikirləşirmiş. 1905-ci ilin avqust ayında Tiflisdə, küçə ilə gedərkən birdən-birə yavaşca­dan sevinclə səslənir:

- Tapdım… Tapdım…Yadıma nə mənalı ad düşüb: “Molla Nəsrəddin”. Jurnal üçün bundan yaxşı ad olmaz.

Beləliklə sonrakı ildən məşhur satirik jurnal “Molla Nəsrəddin” adı ilə çıxır.

 

***

 

“Qurbanəli bəy” 1907-ci ildə kitabça şək-lində çap olunduqdan sonra, Qarabağ vilayətində hekayəni oxuyan cavan ziyalılardan bir dəstə Qurbanəli bəy tipli, tanış bir bəylə əylənmək, za-rafat etmək fikrinə düşürlər. Bəyin yanına gəlib kitabçanı göstərir və deyirlər ki, Molla Nəsrəddin sənin haqqında hekayə yazıb, amma sənin adını dəyişib. Bəy hekayəni oxuya-oxuya möhkəmcə gülür. Özü də təsdiq edir ki, doğrunda da hekayə onun haqqında yazılıb, özü də yaxşı yazılıb. Am­ma hekayənin sonuna çatanda bəy bərk dilxor olur:

–Bura kimi yazdıqlarına varam. Balaca uydurmalar da edib, eybi yoxdur. Amma axırda başımı yerə soxub, buna yoxam.

Cavanlar gülüşürlər. Bəy pərt halda onlara deyir:

–Siz Allah, özünüz deyin, heç insafdandır  ki, mən boyda kişi bir qonaqlıqdan ötrü qaçıb at axurunda gizlənim? Bax, bu yekə qondarmadır. Əzizlərim, siz yaxşı bilirsiniz, mən orada yazılan qonaqlığı da vermişəm, pristavdı, nə zəhrimardı, ona at da bağışlamışam. Heyvan balası heyvan, verdiyim atı indi də minir. İndi burada yazılıb ki, mən qonaqlıq verməmişəm, qaçıb at axurunda gizlənmişəm. At axuruna girmək kişilikdən deyil, elə olsaydı, gərək  onda ləçək bağlayaydıq, adam içinə çıxmayaydıq.

Cavanlardan biri dillənir:

–Bəy, olan olub, keçən keçib. Yolun Tiflisə düşsə, kişinin öz yanına get, cürətin çatsa, burada danışdıqlarını onun özünə de.

Bəy özündən çıxır:

–Necə bəyəm? Cürətin çatsa nədir? Ədə, qırışmal, sən kiminlə danışırsan! Lap günü sabah gedərəm.

Deyirlər, səhəri gün həmin bəy Tiflisə yola düşür. Orada Cəlil Məmmədquluzadəni tapıb, əhvalatı danışır, axırda deyir:

–Molla dayı, vAllah-billah, nəyə inanırsan and içim, mən axura girməmişəm. Sizə yalan deyiblər. Kişi də bir atdan ötrü axura girərmi? Onda adımızı bəy yox, gədə qoymalıyıq.

Cəlil Məmmədquluzadə cavan ziyalıların bəylə zarafat etdiklərini başa düşür, gülümsəyir, bəyi razı salır:

–Eybi yoxdur, bəydadaş, gələn dəfə yazanda, axura girmək əhvalatını pozaram. Onda məndən inciməzsən ki?

–Yox VAllah. Bir yaxşı at da sənə bəxşeyiş gətirərəm, – deyə bəy cavab verir.

 

***

 

1907-ci ildə Həmidə xanım Cəlilə təklif edir ki, onlara qonaq olsun və istirahət üçün Kəhrizli kəndinə gəlsin. Cəlil razı olur. Onlar hələ rəsmi şəkildə evlənmədikləri üçün, Həmidə xa-nım məhz yazıçının öz xahişi ilə, onun kim və nəçi olduğunu kimsəyə demirmiş.

–Qızımın Azərbaycan dili müəllimidir. Adı Məmməd Həsənovdur, – söyləyirmiş.

Bir gün Ağdamdan şair Mustafa bəy Behbudov Həmidə xanımgilə qonaq gəlir. O, xoşsifət, söhbətçil imiş. Onun Cəlil ilə də söhbəti tutur, bir-birlərinə xoş gəlirlər. Mustafa bəy Cəlilə belə bir sual verir:

–Mirzə Məmməd, siz “Molla Nəsrəddin” məcmuəsinin redaktoru ilə tanışsınız?

Cəlil cavab verir:

–Bəli, tanışam.

Mustafa bəy:

–O məcmuədə iştirakınız varmı, ona yazırsınızmı?

–Bəli, hərdən bir yazıram.

Mustafa bəy:

–Bilirsiniz, zalım oğlu Molla Nəsrəddin nə gözəl yazır… Ancaq son zamanlar bir az sarsaqlayıbdır, dinə toxunur.

Cəlil Məmmədquluzadə bu sözləri eşidib özünü gülməkdən zorla saxlayır.

 

***

 

Cəlil Məmmədquluzadəni “Molla Nəsrəddin”in işləri üstündə çox incidirdilər. O, dilxor olur, fikir edir, hətta gecələr yuxuda da sayıqlayırdı. Bir gecə Cəlil yuxuda ikən Həmidə xa-nım onun dərindən sızıltısına ayılır. Ona elə gəlir ki, Cəlil boğulur. Kişini tez yuxudan ayıldır:

–Sənə nə olub?

Cəlil özünə gəlib pis yuxu gördüyünü söyləyir:

–Yuxuda gördüm ki, məni mühakimə edirlər. Məni ittiham edib diri-diri zirzəmiyə saldılar, qapı-pəncərələri kərpiclə hördülər. Balaca bir baca qalmışdı, onu da hörməyə başladılar. Bunu gördükdə haray çəkdim, heç olmazsa bircə bacanı hörməmələrini, məni havadan məhrum etməmələrini xahiş etməyə, yalvarmağa başladım… Çox sağ ol ki, bu yerdə məni yuxudan ayıltdın, yoxsa məhv olacaqdım…

 

***

 

Bir gün özünü yazıçı hesab edən, əli təzəcə qələm tutan cavanlardan biri Cəlil Məmmədquluzadəyə yan alır:

–Molla əmi, mən istəyirəm uşaqlar üçün bir kitab çap edəm, – deyə təşəxxüslə bildirir. Cavanın lovğa-lovğa danışması Cəlilin xoşuna gəlmir:

–Bala, mən başa düşə bilmirəm, bəyəm uşaqlara kitabı uşaqlar yazır?!.

Cəlilin cavabındakı incə kinayəni gənc sezə bilmədikdə, yazıçı dediklərini bir də təkrar edir.

 

***

 

Cavan ailə sahiblərindən biri Mirzə Cəlilə şikayət edir:

–Bağışlayın, molla əmi, sizə məsləhətə gəlmişəm, arvadı heç cür ipə-sapa gətirə bilmirəm. Qorxuram, düzəlməsin.

Cəlil onun sözünü yarımçıq kəsir:

–Qorxma, düzələcək. Çətini qocalana qədərdir. O da olmasa, çətini ölənə qədərdir.

 

***

 

Cəlil Məmmədquluzadə bir gün Tiflisdə yolla gedərkən, bir nəfər cavan oğlan fürsət tapıb onun cibinə girir və əlyazmalarını çıxarır. Bu hadisəni, demə, polis nəfəri görürmüş. O, gənci yaxalayır. Cəlilin cavana yazığı gəlir, yaxınlaşıb, polisin yanında ərklə ona deyir:

–Mən sənə deməmişəm tələsmə, jurnalda çıxar, sonra oxuyarsan! –deyə, kağızları cavan oğlandan alır. Polis gəncin “Molla Nəsrəddin”in redaktorunu tanıdığını yəqin edib onu buraxır və yazıçıdan da üzr istəyir.

 

***

 

“Molla Nəsrəddin” idarəsində qəribəliklər də yox deyildi. Məsələn, qapının zəngi tez-tez xarab olardı, samovar axardı, bəzən odun çatışmazdı və s.

C. Məmmədquluzadəyə deyəndə ki, filan şeyin təmirə ehtiyacı var, sözü bu olardı:

–Belə də ötüşərik. Molla Nəsrəddin kimi olmaq lazımdır. Əgər bizim hər şeyimiz yerli-yerində olsa, onda Molla Nəsrəddinə bənzəmərik.

 

***

 

Həmidə xanımın Kəhrizlidə iri təsərrüfatı vardı. Buraya hər il Arazın o tayından 25-30 fəhlə gəlib, müqavilə ilə işləyirdilər. Fəhlələr adətlərinə görə, hörmət əlaməti olaraq, eyni adama gündə bir neçə dəfə salam verirdilər. Mirzə Cəlil isə daima fikirli gəzib-dolandığı üçün fəhlələrin dəfələrlə salam verməsi, bəzən onu düşündüyü məsələdən ayırır, dilxor edirdi.

Bir dəfə yenə fəhlələr gəlib, görəcəkləri iş barəsində Həmidə xanımla müqavilə bağlayırlar. Müqaviləni Mirzə Cəlil oxuyur və fəhlələrə mü­raciətlə deyir:

–Xub, yaxşı yazılıb. Amma bir maddə çatışmır. O da budur: fəhlələr söz verirlər ki, gündə bir dəfə salam verəcəklər.

 

***

 

Həmidə xanım aldığı təhsilin, dostluq etdiyi yoldaşlarının təsiri ilə övladlarının adını əzizləyərək təhrif edir. Müzəffərə-Muzya, Midhətə – Edya, Münəvvərə-Varya, Ənvərə-Enya de­yir­di. Mirzə Cəlil “Molla Nəsrəddin”də üstüörtülü şəkildə Həmidə xanımı tənqid etmişdi. Hə-midə xanım da çox həssas idi. O, Mirzə Cəlildən bərk incimişdi. Mirzə Cəlil onun ürəyini ələ almış və demişdi:

− Əzizim, inciməyinə dəyməz. Yazıçı gərək əvvəl öz evindəki eyibləri yazıb tənqid eləsin. Atalar yaxşı deyiblər: əvvəl evin içi, sonra bayırı.

 

***

 

Molla əmi həmişə əziz dostu, şair Qəmküsarı tərifləyərmiş. Qəmküsar isə daima özündən narazı imiş, hər yerdə özünü pisləyərmiş. Bir gün molla əmiyə deyirlər:

− Molla əmi, siz həmişə Qəmküsarı tərifləyirsiniz. O isə özü haqda yaxşı fikirdə deyil.

Molla əmi gülümsəyir:

− Görünür ikimiz də yanılırıq, – cavabını verir.

 

***

 

Özünü istedadlı şair hesab edənlərdən biri Cəlil Məmmədquluzadənin yanına gəlir və yeni yazdığı poema haqqında onun fikrini bilmək istəyir. Və başlayır poemanı oxumağa. Poemanı axıra qədər dinləyən yazıçı dilxor olsa da, sonra şairə belə bir sual verir:

− Bu poemanı nə qədər vaxta yazmısan?

− Üç günə!

Cəlil başını silkələyir:

− Gec yazmısan. Üç günə yeddi belə poema yazmaq olar …

 

***

 

Bir gün dəbdə olan şairlərdən biri haq-qında Cəlil Məmmədquluzadənin rəyini bilmək istəyirlər.

− Niyə, bəd yazmır, – deyir, – amma bir balaca qüsuru da var.

− Qüsuru nədir, molla əmi?

− Biri odur ki, dostum nədən yazdığını özü üçün ayırd etməyib. İkinci odur ki, şeirin ata-sını yandırıb.

− Molla əmi, bu lap ağ oldu ki …

− Ağ niyə? Ağ üstə qara oldu desək, bəd olmaz, – deyə Cəlil cavab verir.

Bir gün ədibin qohumlarından biri vəfat edir. Mirzə Cəlil əsasına söykənib dərin fikrə get-mişdi. Gələnlərdən biri evin ortasındakı tabuta işarə edib soruşur:

− A Mirzə, bu yazığa nə olub?

Mirzə Cəlil cavabında:

− Vallah, o dünyada başına nə iş gələcə­yindən məlumat verə bilmərəm, ancaq hal-ha­zır­da ömrünü bağışlayıb sizə.

 

***

 

Cəlil Məmmədquluzadənin evinə şirin dilli bir satıcı dadanır. O, hər gün təzə yağ, süd və yumurta gətirirmiş.

Bir gün Cəlil dəhlizin ağ divarında inəyə oxşayan bir heyvan, onun yanında əyri-üyrü xətt, sonra da yumru-yumru dairəciklər çəkildiyini görür. O, dilxor olur. Uşaqları çağırıb, divarı gös-tərir, ədəbsizlik üstə onları danlayır. Lakin bu əhvalat bir neçə dəfə təkrar olunur. Uşaqlardan da heç kəs divarı cızmağı boynuna almır.

Bir gün Mirzə Cəlil evə gələrkən, satıcının dəhlizdə dayanıb divarı yazdığını görür. Xeyli vaxt ona tamaşa edir. Satıcı Mirzə Cəlili görən kimi özünü itirmir:

− Molla əmi, bunlar yaddaşdı, yazıram ki, hesablar dolaşmasın.

− Balam, sən də uşaqmışsan, ancaq bircə təfavütünüz var, sən saqqallı uşaqsan, – deyə Cəlil cavab verir. Hər ikisi gülür.

Həmin əhvalatdan azca sonra “Saqqallı uşaq” hekayəsi yazılır.

 

***

 

1920-ci ildə C.Məmmədquluzadə Təbrizə gedir. Yoldaşı Həmidə xanımla faytonda Təbrizə daxil olanda, polis nəfəri qabaqlarını kəsir və Mirzə Cəlilə müraciətlə deyir:

− Ağayi mən, kişinin övrətlə faytona minməsi qadağandır.

− Yanımdakı öz külfətimdir, cənab ajan, – deyə Mirzə Cəlil bildirir.

− Qanun qanundur, fərqi yoxdur ağayi mən, olmaz.

− Bəs faytondan düşüb, bu qədər yolu piyada necə gedim?

− Piyada niyə ağayi mən. Mənim atıma minin.

− Bəs onda sən?

− Məndə faytonçunun yanında oturaram.

− Xub. Elə isə faytonçunun yanında özüm oturaram, – Mirzə Cəlil faytonçunun yanında əy­ləşir və yollarına davam edirlər. Faytonun dalınca ba­xan polis nəfəri öz-özünə deyir:

− Ağıllı kişidir, ha!

 

***

 

Azərbaycanın Ovxar adlı kəndinin xanı Əmir Ərşəd, Təbrizə gedən Cəlil Məmmədqulu­zadəni öz köçü ilə qonaq çağırır.

Ortaya xörək gəlir. Amma heç kəs əlini plova uzatmır. Xan pərt olur və Cəlildən səbəbini soru­şur. Cəlil cavab verir:

− Siz hamınız, söhbətinizdən aydın oldu ki, xörək yemisiniz. Mən isə adam baxanda çörək yeyə bilmirəm.

Xan və onun adamları otaqdan çıxırlar. Mirzə Cəlil üzünü onunla gələnlərə tutur:

− Uşaqlar, indi sakit-sakit xörəyinizi yeyə bilərsiniz.

 

***

 

Cəlil Məmmədquluzadənin qohum­ların­dan biri bərk xəstə imiş, ölüm ayağında yatırmış. Xəstənin yaxın adamları başlarını itirmiş halda Cəlilin yanına məsləhətə gəlirlər ki, bəs nə edək?

Ədib fikirli imiş, özü də bilmədən deyir:

−Təşvişə düşməyin, ölsün, görək sonrası nə olur

 

 

***

 

Günlərin bir günü, professor Həmid bəy Şaxtaxtinski köhnə dostu Cəlil Məmmədqulu­zadənin yanına söhbətə gəlir. Onlar əhvallaşandan son­ra, üzbəüz oturaraq bir-birinin üzünə sakitcə baxırlar. Xeyli sükutdan sonra, Həmid bəy divar­dan asılmış kamançanı göstərib Cəlilə sual verir:

− Mirzə, birdən bu divardan asılmış kamança öz-özünə başlaya çalınmağa, necə olar?

Cəlil cavab verir:

− Həmid bəy, dayan bir fikirləşim.

Bir qədər sükutdan sonra yazıçı üzünü dostuna tutur:

− Niyə, Həmid bəy, bəd olmaz.

Söhbət yenə kəsilir. Xeyli keçəndən sonra bu dəfə Mirzə Cəlil Həmid bəyə sual verir:

− Həmid bəy, bax, biz oturmuşuq bu otaqda, hava da istidir. Birdən qapı öz-özünə açıla, sərin bir külək gələ, bizi də sərinlədə, necə olar?

Həmid bəy cavab verir:

− Mirzə, dayan, bir balaca fikirləşim.

Aradan bir dəqiqə keçir, Həmid bəy Cəlilə deyir:

− Mirzə, niyə, bəd olmaz.

Söhbətləri bununla da qurtarır. Nəhayət, Həmid bəy darıxıb ayağa qalxır. Mirzə Cəlil qa-pının ağzında onunla vidalaşanda deyir:

− Həmid bəy, tez-tez gəl, belə şirin söh-bətlərdən eləyək.

 

***

 

İnqilabın ilk illərində “Molla Nəsrəddin” məcmuəsində əməkdaşlıq edən sevimli aktyoru­muz Mirzəağa Əliyev bir dəfə yöndəmsiz, eybə­cər kişi və qadın ləqəblərini yığıb böyük bir siyahı tər­tib edir. Məcmuənin bir nömrəsində kişi, bir nömrəsində qadın ləqəbləri çap olunur. Bu işə na­razılığını bildirənlərdən bir nəfər redaksiyaya gə­lir, hədələmək yolu ilə Mirzə Cəlilə deyir:

− Bu yaxşı olmaz!

Cəlil sakit-sakit ona baxıb cavab verir:

− Bəs necə olar? Axı yaxşı olsaydı, biz də yazmazdıq.

 

***

 

Gənc şairlərdən, özlərini proletar şairi he­sab edib, mətləbsiz şeirlər ilə qəzet sütunlarını dolduranlardan bir neçəsi molla əmini təngə gə-tirir.

Yerli-yersiz ondan soruşurlar:

−Molla əmi, dünyagörmüş kişisən, biz gənc proletar şairləri haqqında nə fikirləşirsən?

Molla əmi onlara baxıb öz-özünə danı-şırmış kimi, asta-asta söyləyir:

−Vallah, necə deyim, biz molla məktə­bin­də oxuyanda bir müəllimimiz vardı, hamı onu tə­rifləyirdi. Biz uşaqlar isə onun dediklərindən heç nə başa düşmürdük, çox qəliz danışırdı. İndi də deyirsiniz ki, filan gənc çox istedadlıdır, yaz­dıq­ları da çox gözəldir. Amma mən belə qanıram ki, onu və onun kimiləri nə fəhlə-kəndlilər, nə də mən molla əminiz başa düşürük. Allah Sabirə min rəhmət eləsin …

 

***

 

1923-cü ildə yazıçı sevimli “Molla Nəs-rəddin” məcmuəsinin yubileyini keçirmək təşəb­bü­sündə olmuşsa da, ona fikir verən olmamışdı. 1931-ci ildə məcmuənin 25 illik yubileyini keçir­mək istəyirlər. Cəlil kinayə ilə yubiley keçirmək istə­yənlərə deyir:

− Tələsməyin, hələ tezdir, Allah qoysa 75 illiyini bayram edərsiniz.

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10