“Hər çiçəyin öz ətri…” adlı rəsm sərgisi açılacaq

3 Baxış

pole5

Dekabrın 23-də Xətai Sənət Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Multikulturalizm ili”nə həsr olunmuş “Hər çiçəyin öz ətri…” adlı uşaq və yeniyetmələrin Azərbaycanda yaşayan azsaylı xalqların nağılları əsasında çəkilmiş rəsm sərgisi keçiriləcək.

Kitabxanadan Senet.az-a bildirilib ki, tədbirdə rəsm əsərlərinin sərgisi ilə yanaşı, azsaylı xalqların milli geyimləri də uşaqların təqdimatında nümayiş olunacaq.

Tədbiri keçirməkdə əsas məqsəd azsaylı xalqların nağıllarının tanıdılması, zəngin mənəvi yaddaşa və düşüncə tərzinə malik istedadlı uşaqları üzə çıxarmaqdır.

Bölmə : Rəssamlıq, Sənət
KÖŞƏ YAZARLARI
TOP 10