“Hər ürək bir məzardır ” – Vüsal Qasımov

56 Baxış

14232367_1689618068026379_2861945651394968746_n

 

Senet.az gənc yazar Vüsal Qasımovun şeirlərini təqdim edir.

Hər ürək bir məzardır

Hər ürəkdə biri var
Hər ürəkdə bir eşqin
Xatirəsi, yeri var.

 

Keçən xoşbəxt günlərin
Ötüb keçən anların
Sevgidən də dəyərli
Günlərin, zamanların
Ürəkdə dodaqizi
Xatirəsi qalıbdır.

 

Eşidəndə hər dəfə
Adına bənzəradı
Xatirəsi canlanar
Zəhər edər həyatı.
O gün günün bəd keçər
Qırışın da açılmaz
Hiss edərsən o eşqdən
Sevgidən bir də olmaz.

 

Min bir bəhanə ilə
Gözlərini silərsən
Çörək almaq adıyla
Çıxıb evdən gedərsən.
İlk sevginin xəyalı
Yenidən başqaldıra
“Bəs nə oldu əhdimiz”?
Deyə- üzünə dura.

 

Sonra uşağın gələ
Susar, baxar üzünə
Dərindən udqunasan
Tez gələsən özünə

 

Əlinlə ürəyinə
Yavaşca toxununca
Hiss edərsən sinəndə
Məzar daşıyacaqsan
Bütün ömrün boyunca.

 

Sevirəm deməyə nə var ki

 

Sevirəm deməyə nə var ki indi
Çətini sevməkdir, aşiq olmaqdır

Gözləri yol çəksə, baxdığı yerdə
Bəlkə daş olmaqdır yağışın altda.
Bəzən həsrət olmaq, bəzən təbəssüm
Bəzən də mənasız baxışın altda
Donub qalmaqdır birini sevmək.

 

Hər dəfə üşüyən yanaqlarına
Qaynar bir öpüşürdür, isti bir qucaq
Bəzən boynu bükük yetim uşaq tək
Uzaqdan dayanıb baxmaqdır ancaq

Sevirəm deməyə nə var ki indi
Çətini sevməkdir,
Əzab çəkməkdir.
Özündən daha çox onu düşünüb
Elə sevə-sevə çıxıb getməkdir.

 

Çətini deməyə cəsarət tapmaq,
Çətini ürəyi açmaqdır bəlkə?
Bəlkə də məhəbbət qovuşmaq deyil
Ağlaya-ağlaya qaçmaqdır bəlkə?

 

Baxıb gözlərində itib batmaqdır.
Donub buz bağlamaq, ölüb getmekdir.
Bəlkə də məhəbbət elə sevgiyə,
Elə birdəfəlik tövbə etməkdir ?

 

Sevirəm deməyə nə var ki indi
Keçdiyi yolları sevəsən gərək.
Sevəndə o qədər sevməlisənki,
Doza aşımından öləsən gərək.

 

 Gedək birgə darıxaq

 Pəncərədən baxırsan yağışlı boz küçəyə

Dur geyin pencəyini biraz şəhərə çıxaq
O ötən günlər üçün, o şıltaqanlar üçün
Tək sıxma ürəyini, gedək birgə darıxaq.

 

Baxsınlar pəncərədən, binada hər kimki var
Qoy desinlər dəlilər nə gəzirlər yağışda
Niyə tərs-tərs baxırsan sevmək dəlilik deyil ?
Bəlkə də mən dəliyəm, səhv elədim bağışla.

 

Bəlkə də xəyallarım gerçək görünür mənə
Sən qaragöz xanım qız, bu şəhər cənnətdeyil?
Baxdığım hər simada, hər üzdə səni görmək
Allahın hədiyyəsi, ilahi hikmət deyil ?

 

Niyə elə baxırsan sən ki öyrəncəlisən
Hər dəfə darıxan da mənasız sözlərimə
Saat keçir tez gedək, tələs biraz sevgilim
Ver əlini əlimə, gözünü gözlərimə

 

Gizlətmək istəmirəm hər payız gəldiyində
Elə bil darıxıram, duman çökür ruhuma.
Sonra fikirləşirəm səbəbi nədir görən?
Sadəcə darıxıram, səbəbiyoxdur amma.

Sonragəlirağlıma metro çıxışındakı
Ayağısuiçində, başaçıqdilənçiqız
Onda hiss edirəmki, insanlar eyni imiş
İkimizin d əcanını çox sıxacaq bu payız

 

Yaxşı susdum, qoy olsun çöldə payız, duman çən
Baharı yaşayaram bu il gözündə sənin
Bu gün yaman yorğunam bir izin ver sevgilim
Yağışın səsi ilə yatım dizində sənin

 

Darıxasan durasan

 

Darıxasan durasan

Yatmaq yadından çıxa.

Darıxmağın daşını

Atmaq yadından çıxa.

 

Gözün ekranda qala

Mesajın da gəlməyə

Doyunca darıxmağa

Yuxu imkan verməyə.

 

Sarılasan qoluna

Qolların buz bağlaya.

Gözlərinin yerinə

Dodaqların ağlaya.

 

Darıxasan eləcə,

Ağlayasan eləcə,

Ağrını dərman kimi

Saxlayasan eləcə.

 

Darıxasan gözünün

Yaşıycün darıxasan.

Mən keçdiyim yolların

Daşıyçün darıxasan.

Bölmə : Poeziya, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10