Həyat, yaşamağa dəyməyəcək qədər mənasızdırmı?

157 Baxış

genç-kız-İntihar-ettiElmi ədəbiyyatlarda “intihar”ı termin olaraq aşağıdakı kimi izah edirlər:

İntihar (suisid) – Qəza olaraq və şüur yerindəykən bədbəxtçilik nəticəsində özünü öldürməyə deyilir. İntihar qarşısı alına biləcək ölüm səbəbidir. Bu qərarın alınmasına səbəb olan amillər çox müxtəlifdir. Çox vaxt bir neçə faktor birgə bu davranışın meydana çıxmasına səbəb ola bilər.

İntihar şəxsin hissi, psixi və ya sosial səbəblərin təsiri ilə öz həyatına son qoyması kimi qiymətləndirilir.tiharın səbəbləri kimi daha çox – cinsiyyət, aşağı sosial-iqtisadi vəziyyət, ata-ana münaqişələri, ixtilaf, immiqrasiya, psixi pozuntular, şiddətə meyllilik və düşünmə (fikirləşə bilmə) pozuntuları göstərilir.

Depressiya da yetkin insanlarda olduğu kimi gənclərdə də vacib risk faktoru olduğu vurğulanır. İntihar edən şəxslərin 90%-i depressiya xəstəsidir. Depressiya xəstələrinin 15%-i intihara cəhd nəticəsində həyatlarını itirirlər. Depressiyada olan kişilərin intihar nəticəsində həyatını itirmə nisbəti qadınlara görə daha yüksəkdir. Problemləri həll etmə bacarığının kifayətsizliyi, stress və ümidsizlik hissləri ilə intiharın yaxın əlaqəsi olduğu göstərilir.

İntihara müxtəlif təbəqələrdən olan insanlar arasında rast gəlinsə də, biz bu yazıda yaradıcı insanların, daha doğrusu yazıçıların intiharı barədə danışacağıq. Yazıçıların intiharı sadə və üstündən sakit keçiləcək hadisə deyil. Dünya ədəbiyyatı tarixində onlarla intihar etmiş yazıçı və şairin həyatı bu gün də müzakirə edilir. Oxucular üçün maraqlı olacağını nəzərə alıb, intihar etmiş dünya şöhrətli, çox sevdiyim iki yazıçı haqqında oxuculara  məlumat  verməyi qərar verdim.
Biri “Nobel” mükafatı almağı bacarmış Ernest Heminquey, digəri isə üç dəfə “Nobel” mükafatına namizəd olmuş Mişima. Hər ikisi ölümə doğru şüurlu şəkildə hərəkət edən, həyatlarında bol-bol adrenalin yaşayan yazıçılardır.

 

“İnsanı əzabdan yalnız ölüm qurtara bilər…”

 

BRAND_FYI_BSFC_116472_SFM_000_2997_15_20140905_001_HD_768x432-16x962 yaşında intihar edən Amerikan yazıçısı Heminquey özünü hər təsadüfdə ölümün qucağına atırdı. O beş dəfə avtomobil qəzasına düşmüş, yeddi dəfə isə böyük təhlükədən xilas ola bilmişdi. Onun atası da intihar etmişdi. Atasına çox bağlı olan Heminquey onun intiharından bərk sarsılmışdı və bu barədə danışmağı sevməzdi. Çox qəribədir ki, onun atası da ov tüfəngi ilə öz evində intihar etmişdi. Bu haqqda danışmaq ona nə qədər çətin olsa da, atasının intiharı ilə bağlı dostlarına yalnız bunları demişdi: “Bəlkə də o qorxurdu…Xəstə idi, borcları var idi. Və yenə də anamdan qorxurdu- bu həyasız qadın gərək həyatı boyu əmr edəydi, hər şeyi öz ağlıyla edəydi!”.

Ernest anasına nifrət edirdi.

Müharibələrdə iştirak edən və ovu sevən yazıçı yaşlandıqca orqanizmi sözünə baxmırdı. Tez-tez deyərmiş ki, “insanı əzabdan yalnız ölüm qurtara bilər, bütün digər vasitələr onu sadəcə kütləşdirir və müvəqqəti ağrısını kəsir”.

Ədəbi həyatı uğurlu olsa da Ernest fiziki cəhətdən çox yorulmuşdu.  Dahi yazıçının orqanimi çox zəifləmişdi. Onun bədənində demək olar ki, sağ yer yox idi. Müharibədən və uzun illərin ov məşğuliyyətindən qalmış yaralar, sakitlik bilməyən həyat öz təsirini göstərirdi. Heminquey yorğun və bezgin qocaya çevrilmişdi. Ömrünün sonlarına yaxın demək olar ki, heç nə yaza bilmirdi. Bu onun düşdüyü deoressiv vəziyyəti daha da şiddətləndirirdi. Nəhayət yaşadığı depressiyalara dözə bilməyən Heminquey yaşadığı evdə ov tüfəngi ilə intihar edir. Ölümündən sonra, otağında intihar səbəbini izah edən heç bir yazı, heç bir məktub tapılmır.

Maraqlıdır ki, atası intihar edən Ernest Heminqueyin də intihar etməsi ilə onların ailəsində intiharlar yekunlaşmadı. Ernestin ölümündən 30 il sonra onun qardaşı Lester Heminquey atasının və qardaşının  yolunu təkrarladı, intihar etdi. Bu da son olmu. Lesterin ölümündən 14 il sonra Ernest Heminqueyin nəvəsi Marqo Heminquey yuxu dərmanı içərək intihar edir.

 

“Ölümə məftun olmuş Şeytan”

 

Dünya ədəbiyyatında daha bir dəhşətli intihar faktı, Yukio Mişima ilə bağlıdır. 1925-ci ildə doğulan yazıçının əsil adı Kimitake Xiraokadır. “Mişima” sözü isə yapon dilində “Ölümə məftun olmuş Şeytan” mənasını verir. Yaponiyanın dünya şöhrətli yazıçısı, gəncliyində hədsiz dərəcədə zəif  və xəstəhal olan Mişima, samuray adətlərinə qaşrı hədsiz maraq göstərməyə başlayır. Samuray adətləri və gərgin məşq prosesləri onu  birdən-birə qüvvətli, əzələli bir kişiyə də çevrilmişdi. Mişima olduqca əzmkar idi.  Mişima olduqca uğurlu bir insan idi. Qazandığı uğurlar  onun şöhrətini bütün dünyaya yaymışdı. Yukio Mişima bir yazıçının, hətta bir insanın həyatda nail ola biləcəyi bütün uğurları qazanmışdı. Üç dəfə Nobel mükafatına namizəd olmuşdu, incəsənətin bütün sahələrində özünü uğurla sınamışdı.Yukio_Mishima

1966-cı ildə Mişima rəsmi şəkildə radikal sağçılara qoşulduğunu bəyan etdi və Özünümüdafiə Qüvvələrinə üzv oldu. Bu ərəfələrdə Mişima yapon adət-ənənlərini, samuray qaydalaırnı dirçəldən əsərlər yazmağa, monarxiyanı açıq şəkildə müdafiə etməyə başladı. 1968-cı ilin yayında Mişima özünün hərbiləşmiş tələbə təşkilatını “Qalxan cəmiyyəti”ni yaratdı. Qəzetlər bu hadisəni “Mişimanın oyuncaq ordusu” kimi qiymətləndirdilər. O xəyallarla gerçəklik arasında çırpınırdı. Üstəlik homoseksual olan Mişima komplekslərində xilas ola bilmirdi. Yazıçı kimi, Mişima olduqca məhsuldar idi 45 illik ömründə 18 roman, 45 pyes yazmışdı.

1970-ci ildə yaratdığı “Qalxan cəmiyyəti” ilə birlikdə üsyana qalxdı.  İlk işi Yaponiyanın Özünü Müdafiə Qüvvələrinin İtiyaqadakı qərargahını ələ keçirmək oldu. Qərargahda Yaponiyanın dünya şöhrətli yazarını və onu müşayət edən yoldaşlarını hörmətlə qarşılayıb birbaşa generalın otağına apardılar. General onu iltifatla və hörmətlə qarşıladı. Lakin Mişima generalın otağına başqa məqsədlə girmişdi, dostları onun  əmri ilə generalın əl qolunu bağladılar. Generalın girov götürüldüyü elan olundu və tələblər bildirildi. Mişimanın əmri ilə Yaponiya  Özünü Müdafiə Qüvvələrinin əsgərləri və “Qalxan cəmiyyəti”nin üzvləri meydanda düzüldülər. Sonra Mişima eyvana çıxıb çıxış eləməyə başladı.  Mişima çıxışında deyirdi: “Siz Yaponiyanı, imperatoru müdafiə etmək üçün ayağa qalxmalısınız… Konstitutsiyanı dəyişmək üçün başqa şansınız olmayacaq!”  Gözlədiyinin əksinə olaraq onun çıxışından ruhlanan, parlament binasına hücum edib ələ keçirmək istəyən tapılmadı. Onu tənqid edir, sözünü kəsirdilər. Onu ələ salmağa başlayanda  Mişima özünün təhqir olunduğunun fərqinə vardı,  “Yaşasın imperator!” deyib, tribunanı tərk elədi.

Təhqir olunmuş Mişimanın ləyaqətli bir samuray kimi seppuku(qarnın yarılıb, daxili orqanların çölə çıxarılması) etməkdən başqa çıxış yolu qalmamışdı. Mişima mundirini çıxarıb qədim samuray qılıncını qarın nahiyəsinə soxdu. Gözlədiyinin əksinə olaraq qılınc dərinə işlədi və onurğa sütununu zədələdi. Mişima Seppuku qaydalarına uyğun olaraq qılıncı qarın nahiyəsində burmaq, ölümü sürətləndirmək gücündə deyildi. Onun başını kəsib əzabdan qurtarmaq istəyən dostu Moritanın iki cəhdi uğursuz olduğundan, digər dostu Koqe qılıncı Moritadan alıb can verən Mişimanın başını bədənindən ayırdı. Eyni bıçaqla Morita da Seppuku erdi və Koqe onun da boynunu vurmalı oldu.

Uğurlu bir yazıçı olan Mişimanın həyatı bu cür faciəvi ölümlə sona çatdı.

“Yeganə fəlsəfi problem”

 

İntihar edən yazarların siyahısını çox böyükdür. İntihar edən yazarların hər biri şüurlu həyatlarının ölümə doğru irəlilədiyini anlasalarda ölümə doğru irəliləməkdən çəkinməyiblər. Paul Verlayn, Edqar Alan Po, Artur Rimbaud, Mayakovski, Cerard Nerval, Silvia Plat, Sergey Yesenin, Bəşir Fuad, Aleksandr Fadayev və indi adını unutduğum onlarla dahini xatırladıqca yaradıcı insanların həyatlarına son verməklərini başa düşməkdə məntiq çətinlik çəkir. Yaşamağa, həyata, sevgiyə bağlanmaq cəlbedici görünsə də qələm adamları daha ağrılı və geri dönüşü olmayan yolu seçir.

İntihar mövzusu tarix boyunca filosofları və düşüncə adamlarını məşğul etmiş ciddi mövzulardan biridir. İntihar haqqında fikirlər dinə və mental dəyərlərə görə dəyişir. Bəzən utanc verici və qəbul edilməz bir vəziyyət hesab olunsa da, bəzi mədəniyyətlərdə intihar çıxılmaz vəziyyətdən xilas olmağın ən qürurlu yoldur. Müasir tibb elmi intiharı insan psixalogiyası və ruhi durumla bağlayır. Depressiv insanların intihara daha yaxın olmasını tibb elmi artıq sübut edib. Deməli, yaradıcılıq axtarışları ilə çabalayan və depressiyaya meyilli olan yaradıcı adamların intihar etməsi başa düşüləndir.

Dünya şöhrətli filosoflar, Aristotel, Platon, Epikür və Kant intihara qarşı olsa da, Zenon və Nitşe intiharı müdafiə edir. Avtomobil qəzasında həyatını itirən böyük yazıçı və filosof Alber Kamyu intiharı fəlsəfi olaraq çözməyə çalışırdı. O düşünürdü ki, “yeganə fəlsəfi problem intihardır”. Kamyu yazırdı: “Həyat, yaşamağa dəyməyəcək qədər mənasızdır, amma bununla belə yaşamaq lazımdır”.

Psixalogiya elmi intihar səbəblərini müxtəlif cür araşdırır.İntihar səbəbləri kimi cinsiyyət, sosial-iqtisadi vəziyyətin ağırlığı, ata-ana münaqişələri, ixtilaf, immiqrasiya, psixi pozuntular, şiddətə meyllilik və düşüncə pozuntuları göstərilir.
Psixoloqların qənaətinə görə intihar edən şəxslərin doxsan faizi depressiya xəstəsidir.
Depressiyada olan kişilərin intihar nəticəsində həyatını itirmə nisbəti qadınlara görə daha yüksəkdir. Deməli kişilər depressiyanı daha ağır yaşayır.
Problemləri həll etmə bacarığının kifayətsizliyi, stress və ümidsizlik hissləri ilə intiharın yaxın əlaqəsi olduğu göstərilir. Öz gücünə uyğun olmayan məqsədlərlə yaşamaq, müvəffəqiyyət qazana bilmədiyində tənqidə məruz qalmağa tab gətirə bilməmək kimi səbəblər insanları intihar cəhdlərinə yönəltməkdədir.

Mənə elə gəlir ki, müasir tibb də, fəlsəfə də, psixalogiya da yaradıcı adamların intihar səbəblərini xüsusi olaraq araşdırmalıdır. Hər halda bu mənim şəxsi qənaətimdir. Həyatını intiharla başa vuran yazıçıların çoxusu öz qeyri-adilikləri ilə seçilən insanlar olub. Bəlkə də intihar onların sonuncu qeyi-adi addımıdır. Okeanda yaşayan və qocaldığını hiss edib özünü sahilə atan balinaların intiharı kimi….

 

Cəlil Cavanşir

KÖŞƏ YAZARLARI
TOP 10