Həyatımızdakı asanlıq: Səsli kitab

59 Baxış

19030288_809145062585789_6811902732859226057_n

Bir kitabın yüksək səslə oxunub, səsin yazılması ilə yaranan  kitablara səsli kitab ya da danışan kitab deyilir. Günümüzdə təkcə görmə məhdudiyyətli insanlar üçün deyil, görmə qabiliyyətini itirən oxucuların istifadəsi məqsədilə də səsli kitab yaradılmaqdadır. Bir çox kitabların peşəkar şəkildə hazırlanmış səsli versiyası satışa təqdim edilir və kitabsevərlər tərəfindən xüsusilə maşın idarə edərkən, CD playerdə dinləmək üçün seçilir.

Bununla birlikdə danışan kitablar, daha çox görmə əngəlli insanlar tərəfindən istifadə edilir. Görmə əngəlli insanlar üçün kitablar qabartmalı-xətti unsial şrifti ilə nəşr edilir. Bu vəziyyətin həlli olaraq ağla gələn ilk üsul səsli kitab istehsalıdır. Görmə əngəlli insanlar üçün səsli kitab istehsalı, daha çox könüllülər tərəfindən kitabların səsli oxunaraq qeyd edilməsi şəklində həyata keçir.

Yenə, görmə əngəlli insanlar üçün səsli kitab istehsalı, bu məqsədlə xüsusi olaraq qurulmuş səsyazma otaqlarında gerçəkləşir. Xalq Kitabxanalarında, universitetlərdə və bu məqsədlə xüsusi olaraq qurulmuş bəzi qürumların səlahiyyətində,  səs yazma otaqları vardır.

Bundan başqa, qeyri-peşəkar şərtlərlə, bir kompüter və mikrofon köməyilə hər hansı bir könüllü oxucu öz evində də səsli kitab yarada bilir. Roman, hekayə, tədqiqat, psixoloji və fəlsəfə kimi sahələrdə kitablar səsləndirilməkdə və gözdən əngəlli oxucuların istifadəsinə verilir. Uşaqlar üçün nağıl kitabları və hekayələr də hazırlanır.

SƏSLİ KİTABIN BƏZİ FAYDALARI

1-Görmə əngəlli insanlar üçün

Görə bilməyən insanların oxumaq üçün iki yolu var;

a-Qabartmalı yazı

b-Səsli kitablar 

Buna görə də, səsli kitablar, görmə əngəlli insanlarımız üçün çox dəyərli səsli kitabxanadır.

2-Məktəbəqədər

Qulaq asaraq öyrətmək, oxuma yazma bilməyən uşaqlarımıza dilimizi düzgün öyrətməyin ən gözəl yoludur. Səsli kitablar, inkişaf etmiş ölkələrdə məktəbəqədər təhsildə istifadə edilən geniş yayılmış bir təhsil vasitəsidir. Çünki bu dövrdə hər şey təqlidlə başlayır…

3-Maşında, avtobusda, yolda…

Hər zaman oxumağa vaxtımızın olmadığından şikayətlənirik. Maşın sürərkən oxuya bilmirik, avtobusda mədəmiz bulanır, ayaq üstə gedirik və tıxacda saatlarımız keçir. Buna görə də səsli kitablar, bu zamanı daha dəyərli keçirmək üçün bir vasitədir…

4-Evdə, sahildə, iş yerində və ya arzu etdiyiniz hər yerdə qulaq asıla bilər

Qısaca, istər evdə paltar ütüləyərkən, istər sahildə günəşin qürubunu seyr edərkən səsli kitabları dinləyərək yorulmadan kitabın məzmununu anlaya bilərsiniz,  bununla da gözləriniz başqa işlə məşğulkən yorulmamış olar…

5-Lakin buna da diqqət yetirməliyik ki

Səsli kitablar, hər hansı bir nəşr və ya e-kitabın alternativ bir forması deyil, sadəcə oxumağa kömək edən dinləmə vasitəsidir. Bu səbəbdən, səsli kitablar kitab oxuya bilmədiyimiz zamanları daha dəyərli edirlər.

Səsli Kitabların Faydaları

Əziz kitab sevərlər,

Əgər siz də kitab oxumağı çox sevir, ancaq buna kifayət qədər vaxt ayıra bilmirsinizsə, artıq texnologiya sayəsində bunun həlli yolu var: Səsli kitab.

Kitabları oxuyaraq qeyd etdiyimiz zaman və bunu ipod kimi səs fayllarını oxuda biləcəyimiz cihazlar vasitəsilə  dinləyə bilirik.

Bu səsli kitablardan xarici dillərdə olanlarını tapmaq və almaq olduqca asandır və kitabın qiymətinə çox yaxın bir qiymətlə ala bilərsiniz və hətta poçt xərci belə vermirsiniz, çünki kitabı mp3 faylı olaraq kompüterinizə yükləyirsiniz. Bu gün Amerikadakı kitab satış mağazalarında böyük bir audiobook bölməsi var.

Səsli kitabların faydalarını sizə sıralamaq istəyirəm:

  1. Görmə əngəlli insanların kitab oxumaqları bu formada daha da asanlaşır: Sadəcə könüllü insanların oxuduğu kitablarla deyil, peşəkar insanlar tərəfindən səsləndirilmiş kitabların və minlərlə kitabın görmə əngəlli insanlara gətirəcəyi “işığı” düşünün. Bununla yanaşı, görə bildiyi halda oxuya bilməyənlərin, yəni oxumağı bacarmayanların və oxuya bildiyi halda kitab almağa imkanı olmayanların vəziyyətini düşünün.
  2. Bu kitabların nəşr edilməsi, bir yerdən başqa yerə daşınmasına ehtiyac yoxdur. Kitablar daha ucuz başa gəlir: daha az ağac kəsilir, daşınma xərci və s. yoxdur.
  3. Yanınızda böyük bir kitabxanaya yerləşəcək qədər kitab daşıya bilirsiniz: Heç tətilə gedərkən “hansı kitabı yanımda aparım” – deyə fikirləşirsiniz mi? Budur sizə həlli yolu!
  1. Bu gün insanların bir çoxu müxtəlif cihazlarla musiqiyə qulaq asırlar. Mp3 və cib telefonları ilə musiqi dinləmək mümkündür. Deməli, bu cihazlar ilə kitab “oxumaq” da mümkündür. Tarix imtahanına məktəbə avtobusla gedərkən mp3 cihazı ilə tarix kitabını dinləyərək imtahana hazırlaşan birini xəyal edə bilirsiniz? Bu cür cihazlar ilə musiqi dinləyən insanların, zamanlarının onda birini bu səsli kitablara sərf edərək, səsli kitablar vasitəsilə roman, şeir, tarix və digər əsərlər dinlədiklərini düşünün…

Qısacası səsli kitabın mədəniyyətimiz üçün nə qədər böyük bir fayda gətirdiyinin hələ fərqində deyilik və ya bu hələ bir qismimizin xeyrinə deyil. Məncə bu texnologiya mədəniyyət sıçrayışı etdirə biləcək bir kəşfdir…

Səsli kitabın linki: http://seslikitab.net

KÖŞƏ YAZARLARI
TOP 10