“Həyatın sərt üzü”

37 Baxış

Elşən Yəhyayev:                                           elshen

Sərxan  gündoğmamış  hər zaman olduğu kimi yenədə traktor başında  gəlirdi.Kəndin ağzı örpəyli xanımları  isə əkin sahəsini  kol-kosdan təmizləməklə məşğul  idilər.Əkin  yerləri  qaralmışdı, yamaclardasa  hələ  alatoranlıq idi.Nadir ağa əkinçilərin başı  üstündə durub  fasiləsiz  işlədirdi. Nə də  olsa, əkin sahəsinin  böyük bir qismi onun əlində  idi. Ağzı  örpəyli  xanımların içində  Sərxanın  sözlüsü, zalım Nadir ağanın isə birəcik qızı Sənəm də var idi. Elə bu zaman Sərxanın uşaqlıq dostu  Fariz uzun  həsrətdən sonra doğma kəndinə qayıtdı. Fariz 8 ilə yaxın  Rusiyada  işləmək məcburiyyətin də olmuşdu. Fariz  Sərxanı görən  kimi səsləndi:

-Vay kimi  görürəm, Sərxan.Necəsən əziz qardaşım?

-Şükür Fariz.Çox dəyişmisən.

-Həyatın sərt üzü məni dəyişdirdi!…

Fariz bu sözləri deyəndə sanki həyatdan intiqam almaq istəyirdi.Bir qədər gedəndən sonra  qabaqlarına Sənəm çıxdı. Fariz Sənəmi görəndə sanki  şeytan ağlını aldı.Şeytan bir ovcun toz kimi  Fairzin canına yayıldı.

Sərxan körpəlikdən atasını itirmiş, Nəriman adlı 5 yaşlı qardaşıyla xəstə anasının himayəsində qalmışdı.Zaman keçir və Ayşə ananın işləməyə, övladlarına baxmağa halı qalmır.Sərxan həyatının ən şirin çağında işləyir.Həm xəstə anasına, həm də ki azyaşlı qardaşına baxmaq məcburiyyətində qalır.

***

Qarşı dağın dalından gün çıxırdı. Kənd camaatı da elə bil yuxudan ayılmırdı.Sərxan isə böyük həvəslə axşam olacaq qonşu Hikmətin  toyuna hazırlaşırdı. Çöllərin şehli, suların duru vaxtıydı.Ayşə ana övladını xoş əhvali-ruhiyyədə görüb dedi:

-A bala, nə xəbərdi?

Sərxan sevincli halda:

-Anacan yəqin yadındadı, bu gün qonşu Hikmətin toyudu. Ora hazırlaşıram.

Ayşə ana sanki nigaran idi.Ürəyinə elə bil ağırlıq çökmüşdü.Nigaran şəkildə Sərxana səsləndi:

-A bala gör Nəriman hardadı, tap gətir. Yaman nigaran qalıram.

Sərxan pencəyini götürüb və anasına dedi:

-Baş üstə anacan.

Toy damı dərənin qarşısındaydı. Cavanlar halay vurub,dəstə tutmuşdular. Çalğıçılar da  əyləşmişdilər başda. Sərxanla Farizdə toyda bir küncdə əyləşmişdilər. Get-gedə hava qaralırdı.Hamı yavaş-yavaş dağılışırdı. İki ayrılmaz dost söhbətləşə-söhbətləşə səkiylə gəlirdilər. Elə bu zaman Sərxanın mobil telefonuna zəng gəlir. Zəng Sərxanın anası Ayşə anadanıydı. Sərxan mobil telefonuna kefli halda cavab verərək:

-Alo, hə anacan?

Ayşə ana həyəcanlı halda:

-Sərxan tez özünü çatdır xətəxanaya. Nərimanı maşın vurub xəstəxanadayıq.

Sərxanın başı fır-fır fırlandı. Sanki unutmaq istədiyi ağrı-acıları yenə təzələndi. Fariz Sərxandan həyəcanlı halda nə baş verdiyini soruşdu. Sərxan cavab verərək:

-Fariz, Nərimanı maşın vurub tez xəstəxanaya getməliyəm.

Hər ikisi tez xəstəxanaya yollandılar.Ayşə ana  kövrələrək Sərxanın boynuna sarıldı:

-Oğlum,bu nə işdi başımıza gəldi,huzurumuz qalmadı artıq.

Baş həkim üzülmüş şəkildə:

-Nərimanın valideynləri sizsiniz?

Ayşə ana yalvarmış halda həkimə sarı döndü:

-Həkim qurbanın olum,oğlumu xilas edin, yalvarıram.

Həkim həyatın sərt üzünə məhkum olmuş Sərxana üzünü tutaraq sakit halda  Nərimanın şikəst qalacağını bildirdi. Sərxanın nitqi qurumuşdu. Sanki başına qaynar su tökülmüşdü. Həkim Nərimanın yeriyə bilməsi üçün böyük məbləğdə pulun lazım olacağını və bu əməliyyatın yalnız İsraildə  olacağını bildirdi. Nəriman artıq yatağa məhkum olmuşdu. Övladının vəziyyətini bu halda görən  Ayşə ananı kədər boğurdu.Bu vəziyyət Nərimana da çox pis təsir edirdi. Evin bütün yükü Sərxanın üstünə qalmışdı. Əkin  sahəsin də işləməklə yalnız Nərimanın dərmanlarına veriləcək pula çatırdı. Həm də ki,Sərxan 2 ilə yaxınidiiki Sənəmə sözlü idi. Nadir ağa isə başlıq pulunu gətirmədən qızını verməyəcəyini bildirmişdi. Çarəsiz Sərxan çarəni yalnız Bakıya üz tutmaqda və orada işə düzəlməkdə görürdü. Axşam çağı ev qayıdanda dostu Farizi görür.Bütün bunları dostuna danışır. Fariz kömək edəcəyini bildirir. Əslində Farizin Sərxana kömək eləməkdə məqsədi varıydı.Fariz  səhərisi gün Sərxangilə qonaq gəlir. Gülə-gülə Sərxana dedi:

-Tərpən,dur hazırlaş üzülmüş.Şofer Əhmədlə danışmışam.Şənbə günü Bakıya yola düşür.Səni də aparacaq.

Sərxan sevincək halda Farizi qucaqlayaraq dedi:

-Çox sağ ol əziz qardaşım. Bu qoca dünyada yalnız sən məni başa düşdün. Nə qədər təşəkkür etsəm bir o qədər azdır.

Amma Sərxan həyatın sonrakı mərhələsində onu nələr gözləyəcəyini bilsəydi yəginki belə deməzdi…

***

Səhər təzəcə açılırdı. Sərxan yola baxdı ki,görsün Sənəm gəlirmi. Heç kəs yox idi. Sənəm əkinin ətəyilə gəlirdi. Sənəm Sərxanı görən kimi üzü güldü,çöhrəsi sanki nura boyandı.Birlikdə kəndin bulaq başına endilər.S ərxan Sənəmə Bakıya iş dalınca gedəcəyini bildirdi. Sənəm  bu sözləri eşidəcək üzülərək dedi:

-Mənə bir loxma çörək yetər. Getmə Sərxan. Məni tək buraxma.

Sərxan da həmin səslə dedi:

-Olmaz Sənəm. Sənə də, atana da söz vermişəm. Sən evimizə gəlinlikə daxil olacaqsan.

Sənəmin gözləri yaşarmışdı. Sanki sevgilisini bir daha görməyəcək kimi çox üzülmüşdü.Ağ örpəyini  Sərxana verərək kövrək halda:

-Bu ayrılıq acısına necə dözərəm Sərxan…

Sərxan çox çarəsiz durumdaydı.Bir tərəfdən qardaşının müalicəsi üçün böyük məbləğdə pul lazımıydı,digər tərəfdən isə lazımsız adət ənənənin qurbanı olmuşdu.Sərxanın üzü-gözü əyilmişdi, əllərini açıb, boğula-boğula dedi:

-Dözməliyik Sənəm,məcburuq.Evimizə gəlinliklə daxil olacaqsan.Tez bir zamanda bütün ağrı-acılarımız geridə qalacaq.

Sənəmi yaş boğurdu,qəhərlənə-qəhərlənə,kövrələ-kövrələ dedi:

-Dönənə kimi deyil,səni bir  ömür boyu gözləyəcəm.Amma məni məktubsuz qoyma Sərxan…

Sərxan kədərlə,üzünü Sənəmə tutub dedi:

-Hər gün,hər saat sənə məktub yazacam…

***

Kəndin səs-küyü azalmaqdaydı.Şər qarışmışdı.Balacadan tutmuş böyüyə qədər hamı yorğanını başına çəkmişdi.Sərxan fikirli halda səkiylə gəlirdi.Qoyunlar mələşirdi,itlər  hürürdü.Bir qədər gedəndən sonra Kəndin başında Farizi gördü.Fariz gülümsəyərək əlini Sərxanın çiyninə ataraq:

-Ay Sərxan, nə olub sənə?

Sərxan Farizə sarı gəldi.Əlləriylə üzünü örtüb hönkürə-hönkürə ağladı.Ağlar səslə:

-Fariz, heç getməyim gəlmir.Anam,qardaşım və Sənəmim burda.Mən orda,onlar burda…

Fariz ürəyiyanmış şəkildə Sərxanın boynunu qucaqladı:

-Ə,Sərxan,duz-çörək kəsmişik,bir belə yaşımızdan bir yerde böyümüşük.Ayıb döyülmü, tanımırsanmı məni?Sənin anan mənim anam,qardaşın mənim qardaşım.Sənəmdəndə heç nigaran qalma.Sənin namusun,mənim namusumdur.

Sərxanın üzü gülümsədi.Farizin bu sözləri sanki ona güc verdi.Arxasında birinin olmasını bilməsi azda olsa ürəyini rahatlatdı.Amma bu sözləri şeytanüzlü birisinin deməsi Sərxanın həyatının sonrakı  mərhələsində nələr olacağını azda olsa xəbər verirdi.

****

Nəhayət  şənbə günü gəlib çatdı.Kəndin naxırı səhər sağınından qayıdırdı.Yelinləri boşalmış ac inəklər bostanlara, çəpərlərə boğaz uzada-uzada kənddən çıxırdılar.Sərxan çamadanını əşyalarıyla doldururdu.Artıq vaxt gəlib yetişmişdi,ayrılmaq məqamı çatdı.Oğlunun getməsi  Ayşə ananı çox üzürdü.Sərxan çamadınını götürüb Nərimanın yanına gəldi.Bərk-bərk qucaqlayaraq dedi:

-Nəriman, artıq evimizdə tək kişi sənsən.Anadan, özündən və Sənəmdən (utanaraq) muğayat ol.Onsuzda Bakıda çox qalmıyacam.Müəyyən qədər pul toplayıb qayıdacam.

Nəriman Sərxanı bərk-bərk qucaqlamışdı.Ayrılmaq,həyatı boyu ağrı-acı görmüş qardaşlara çox çətiniydi.Sonra isə üzünü anasına tutaraq kövrək səslə dedi:

-Sağ ol anacan.Artıq getməliyəm.Xeyir-duanı əsirgəmə.Özünüzə yaxşı baxın.

Ayşə ana qəhərlənərək:

-Gülə-gülə oğlum.Uğurlar olsun.Bizi xəbərsiz buraxma.

Artıq ayrılmaq məqamı çatdı.Sərxan çamadanını götürüb,evi tərk etdi.Nə də olsa ata-baba ocağıydı.Şofer Əhmədlə Fariz  kəndin başında Sərxanı gözləyirdilər.Sərxan Farizlə sağollaşıb dedi:

-Başına dönüm Fariz evdəkilər sənə əmanətdi.

Fariz gülümsəyərək dedi:

-Canım qardaşım Sərxan,sənin anan mənim anam,sənin sevdiyin mənim bacımdı.Onlardan heç nigaran qalma.

Sərxan çamadanını maşının baqajına yerləşdirdi.Şofer Əhməd maşınını işə saldı.Yola düşdülər.Hava aydın idi, göyün bir yerindən ilişib qalmaq üçün bir parça bulud da yox idi, amma yağış damcılayırdı…Dönüb bir daha doğma kəndinə əl elədi.Dağların döşündə duman süründü, yamaclar ətək-ətək gözdən itdi, gözləri görə-görə kənd evləri yox oldu, beş addımlıq görünmədi.Sərxan yol da gedəndə maşında yuxuya getmişdi.Yuxuda  toy çadırı görür.Böyük bir toyluq idi ki, içində at min, cıdır oyna.Çalğıçılar əyləşmişdilər başda.Kəndin havası da dəyişmişdi.Qızlar, gəlinlər Sənəmin başına yığışmışdılar.Anasının da üzü gülürdü.Qardaşı da artıq qoltuqsuz gəzirdi.Sərxan yuxunun şirin yerində oyadıldı.Kimsə Sərxan,Sərxan  artıq çatmışıq -deyə qışqırırdı.Qışqıran Şofer Əhmədiydi.Nəhayət gəlib çatdılar.Sərxan Bakıya sonuncu dəfə 5 yaşında rəhmətliy atasıyla gəlmişdi.Bakı artıq Sərxanın 5 yaşında gördüyü kimi yox, sözlə deyilə bilməyəcək qədər gözəlləşmişdi.Baş döndürəcək  işıqsaçan binalar, parkların yamyaşıl olması, mini geyinən qızlar Sərxanın ağlını başından almışdı.Sanki ayrıla bilməyəcək  qədər doğma olan kəndini bir anlığa unutmuşdu.Sərxan Bakını tam yaxşı tanımırdı.Nədə olsa 15 ildən sonra Bakıya gəlmişdi.İlk günüydü Bakıya gəlməyi, lakin qalmağa yeri yoxuydu.Gecəni  bulvarda  skameykaların üstündə yatmaqla keçirdi.Səhər açıldı.Soyuq dəyməməsi üçün üstünə örtdüyü, yorğan əvəzi pəncəyinin artıq üstündə olmadığını gördü.Əlini cibinə saldı.Cibində olan 45 manat pulun da artıq olmadığını gördü.Axı Sərxan bulvara gəlmişdi.Sərxan  başına  gələnləri bilsəydi,yəginki bulvara ayaq basmazdı.Təəssüfçü halda yoluna davam etdi…

***

Qayıdaq kəndə.Görək kənddə nələr baş verir.Ayşə ana sübh namazını qılırdı.Hər qıldığı namazda  oğlu Sərxananın sağ-salamat qayıtması üçün uca yaradandan kömək diləyirdi.Fariz isə öz çirkin niyyətərini  həyata  keçirməyə çalışırdı.Sənəmi ilk dəfə görəndə sanki şeytan ağlını almışdı, şeytan bir ovcun toz kimi Farizin  canına  yayılmışdı.Canına hopmuş şeytan hələdə Farizin canından çıxmamışdı.Kəndin yolları da duman , çiskin içində itib-batmışdı.Fariz səssizcə yuxarı kənddən hər zaman olduğu kimi kefli halda gəlirdi.Bu an Fariz Sənəmlə kənd yolunda qarşılaşır.Fariz kefli-kefli Sənəmə yaxınlaşaraq deyir:

-Necəsən gözəl?

Sənəm əsəbi halda Farizə cavab verir:

-Get başımdan şərəfsiz!!!

Fariz öz çirkin niyyətindən əl çəkmir.Sənəmin qolundan tutaraq evinə aparmağa çalışır.Sənəm özündə güc toplayır Farizi itələyib, yerə yıxaraq qaçır.Fariz əsəbi şəkildə Sənəmin arxasından qışıraraq deyir:

-Səni kimsəyə vermərəm.Əlimdən qaça bilməyəcəksən, mənim olacaqsan!!!

***

Sərxan isə Bakıda pulsuz-parasız iş axtarmaqdaydı.Hara gedirdisə kobud şəkildə qovulurdu.Artıq bir həftə olurdu ki Bakıya ayaq basmışdı.Amma heç bir şey qazanmamışdı.Gündüzlər  boş-boş gəzir, gecələri isə skameykalarda  yatmaqla keçirirdi.Səhərisi gün yenə iş axtarmağa çalışır.Vüqar adlı birisiylə tanış olur.Sərxanı tez bir zamanda işə düzəltməyə kömək edəcəyini bildirir.

***

Axşam düşmüşdü, qaranlıq qarışhaqarışdı.Ot maşınları işin axırıncı ayağını gətirirdilər.Kəndin içi elə bil çölündən qaranlıq idi.Maşınlar yaxınlaşdıqca qaranlığa qarışırdı.Sənəm yorğun halda əkindən gəlirdi.Avtobusda adam çox idi.                Yanındakı oturacaqada iki oğlan bir-birinə sarı əyilib qəzetə baxırdılar.Biri yarıpıçıltıyla oxuyub ləzzətlə güldü, o birisi də ona qoşuldu.Sənəm bir anlıq heç nə anlaya bilmədi.Avtobus dayandı. Sənəmin  içində sanki narahatlıq var idi.Nəysə olacaqmış kimi rəngi ağarmışdı.Yoluna davam etdi.Bu zaman qabağına Fariz və bir neçə tanımadığı oğlan çıxdı.Fariz kefli-kefli gülümsəyərək Sənəmə yaxınlaşdı:

-Səni kimsəyə verməyəcəyimi demişdim Sənəm.

Sənəm qaçmağa çalışarkən Fariz qolundan tutdu.Əlindəki beli götürüb, altdan-yuxarı Farizin üzünə çırparaq dedi:

-Əl çək yaxamnan, şərəfsiz.Nə təhər adamsan sən? Uşaqlıq dostunun sözlüsünə hansı gözlə baxırsan?

Fariz ac qurd kimi Sənəmin qolundan tutaraq  tökülmüş daxmasına apardı. Farizin Sənəmə etmədiyləri qalmadı. Sənəm Farizin evdə olmadığını görüb, arxasına baxmadan qaçdı. Artıq Sənəmdə yaşamağa hal qalmamışdı. Sənəmi həyata bağlıyan bir tək Sərxan var idi.Bundan sonra Sərxanın üzünə baxa bilməzdi. Həyatın qorxunc pəncəsindən qurtulmaq üçün çıxış yolunu özünü öldürməkdə görürdü.

Artıq Sənəm həyatda yox idi. Zalım fələk onu sevdiylərindən ayırdı. Sənəm özünü Sərxanın sevgisini etiraf etdiyi bulağın yanındakı ağacın başından asmışdı.Hadisə yerinə polis əməkdaşları gəlmişdi.Ərazi polislər tərəfindən nəzarətə götürülmüşdü.İstintaq əməkdaşlarından biri ərazidən kağız parçası tapır. Kağız parçasında Sənəm  ölməzədən əvvəl  Sərxana sonuncu məktubunu yazmışdı:

-“Sərxan, məni həyata bağlayan, yaşam anlamım tək səniydin. Özünə dost, qardaş saydığın Fariz  zalım düşmən kimi belindən vurdu. Məni zorla qaçırtdı. Etmədiyləri qalmadı.Yoruldum, bitdim artıq. Bu ürək, bu qədər acıya dözməz. Yaşamamım bir anlamı qalmadı artıq. Bundan sonra yaşamaq mənim haqqım deyil. Bağışla məni…”

***

Sərxan artıq bir aya yaxınidiki tikintidə yenicə işə düzəlmişdi.Sənəmə yazdığları məktubların cavabsız gəlməsi onu çox üzürdü.Nə biləydiki zalım fələk onu əlindən alıb. Məktublarına cavab gəlmədiyini görüb doğma kəndinə  üz tutdu.Sərxan kirayə qaldığı evin qabağında dayanmışdı. Ürəyinə qəribə bir qorxu çökmüşdü. Sanki kəndə gedib,evə girəcəyini, anasını və qardaşını görə bilməyəcəyini ağlına gətirə bilmirdi.Elə bil birinci kərəydi görəcəkdi.Gecəni narahat keçirdi.Səhər açılar-açılmaz doğma kəndinə yola düşdü.Sərxan taksiyə yaxınlaşıb sürücüdən gediş haqqını soruşdu:

-Salam qardaş, Qubaya neçəyə apararsız?

Taksi sürücüsü  cavab verdi:

-Aleykümə salam.Ay brat 30-a aparıram.Ama sənçün 25-ə apararam.

Sərxanı narahatlıq bürüdüyündən pulu düşünmürdü.Neçəyə aparırdısa aparsın.Təki tez bir zamanda doğma kəndində olsun.Taksi sürücüsüylə razılaşdılar.Yola düşdülər. Sərxan yol boyu xəyallara dalmışdı.Xəyallar onu doğma kəndinə aparmışdı.Qoyun-quzunun mələməsi, traktoru sürüb əkinə gəlməsi və ən əsasıda Sənəmlə bulaq başında görüşməkləri yadına düşdü.Elə bil kimsə Sərxanı silkələyərək deyirdi:

-Ay brat çatmışıq düş…

Razılaşdıqları pulu ödəyib, rayon ərkəzindən evə piyada getdi.Uzun yol gedəndən sonra nəhayət gəlib evinə çatdı.Qapını açdı.Ayşə ana Sərxanı görər-görməz sevinc göz yaşlarını axıdaraq dedi:

-Canım oğlum.Həmişə evdə-eşikdə

Dönüb Nərimana yaxınlaşdı:

-Ə Nəriman,bir aya olacaq getməyim artıq böyümüsən.

Nəriman da qardaşının gəlməyinə çox sevinirdi.Qardaşına cavab olaraq dedi:

-Qaqaş, mən yeriyə bilməyəndən sonra, böyüməyimin nə əhəmiyyəti var?

Nərimanın bu sözü, Sərxana çox pis təsir etdi.Sanki sözü deməyinə peşman olmuşdu. Ayşə ana Sənəmin ölməyini Sərxana hələ deməmişdi.Bir tək Sənəmdən məktub qalmışdı. Ayşə ana qəhərlənə-qəhərlənə,kövrələ-kövrələ məktubu Sərxana verdi.Sərxan məktubu oxuyarkən,sanki yer ayağının altından qaçmışdı.Qardaş qədər çox istədiyi Farizin bunları etməsi  ona  çox ağır gəlirdi.Ağlar səslə:

-Ana, nələr baş verir?

Ayşə ana nə deyəcəyini bilmirdi.Oğlunu sakitləşdirməkdən başqa əlindən heç bir şey gəlmirdi.Sakit kövrək səslə:

-Oğlum, üzülmə.Məndə eşidəndə pis oldum.

Artıq Sərxanda da yaşamaq anlamı qalmamışdı.Bir tərəfdən canı qədər sevdiyi sevgilisinin ölməsi,digər tərəfdən isə qardaş kimi sevdiyi dostunun qəddarcasına xəyanəti.

***

Axşam düşmüşdü.Sərxan həyət qapısından keçib Farizgilə yaxınlaşdı.Sərxanın kəndə qayıtmasından Farizin xəbəri yox idi.Onsuzda Farizin artıq Sərxanla qarşılaşmağa üzü yoxuydu.Rəhmətlik atasından bir tək tüfəngi qalmışdı.Atası vəfat etməzdən əvvəl tüfəngi Sərxana verərək demişdi:

-“Oğlum, bu tüfəngi heç zaman pis niyyətlə istifade etmə.Bu tək mənim  vəsiyyətim deyil.Dörd il öncəki nəslin vəsiyətidi.”

Sərxan çox çarəsiz vəziyyətdəydi. Tüfəngi atasından alarkən heç bir zaman pis niyyətlə istifadə etməyəcəyini söz versədə,təəssüfki  söz  verdiyi andı pozmalı oldu.Fariz fikirləşə-fikirləşə balta itiləyirdi.Sərxan əli tüfəngli vəziyyətdə Farizin qabağına çıxdı.Farizi elə bil isti suya atmışdılar, yumşalıb muma dönmüşdü,dizlərinin gözünəcən sızıldadı.Qorxu bürümüş şəkildə Sərxana dedi:

-Dur,dur atəş açma.Nə istəsən verərəm.Qazandığım pullarıda.Hətta evimidə.

Sərxan özünü qanadsız quş kimi hiss  edirdi.Ağlar səslə cavab verdi:

-Fariz, səni dost bilib bağrıma basdım.Ama sən düşməncəsinə belimdən vurdun .Mənə hər şeyini verəcəyini deyirsən.Namusumu geri verə bilərsən?!

Bu sözlərini deyəndən sonra tüfəngindən atəş açır.Sərxan Farizin öldüyünü bilib  evi tərk etmək istədi. Lakin Fariz, əlində itiləməyə çalışdığı baltanı Sərxana  atdı.Hər ikisi ölümcül şəkildə yaralanmışdılar.Tüfəngin səsinə polis əməkdaşları gəlmişdi.Hadisə baş vermiş əraziyə heç kim buraxılmırdı.Təcili tibbi yardım gəlsədə heç birini xilas etmək mümkün olmadı.

Həyatın sərt üzünə məhkum olmuş bu gənclər,artıq tərs çevrilimiş dünyada yox idilər.Kimisi cənnətə, kimisi isə əməllərinə görə cəhənnəmə məhkum olmuşdu…

Gənc yaşımda yıxdı, məni kədərlər

Öz taleyimə sitəmkar oldum

Ağlayan sonunda, gülər dedilər.

Ömrümcə gülmədim, üsyankar oldum.

Sevgilim axıtdı, hər zaman göz yaşını

Sevgi deyə daşlara, vurdum başımı

Ölmədən tikdirdim, məzar daşımı

Sonunda sevməyə, tövbəkar oldum

Anladım həyatın, hər şeyi xəyal

Dosluqlar yalanmış, söylənər xəyal

Qızdım gətirənə, məni dünyaya

Anama, Tanrıma günahkar oldum…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10