Hədəf kurslarının “Media təlimləri” ikinci mərhələsini bitirdi

29 Baxış

 

“Hədəf Kursları” MMC, BDU-nun “Jurnalistika Elmi-Tədqiqat Laboratoriyası” , İstanbul Aydın Universitetinin,  Hədəf Karyera Mərkəzinin  birgə təşkilatçılığı və Senet.az  ədəbiyyat portalının  informasiya dəstəyi  ilə gənc jurnalistlər üçün keçirilən 3 aylıq təlim bu gün yekunlaşdı. Üç aylıq təlimin  sonunda  gənc jurnalistlərə sertifikat təqdim olundu,  həmçinin Hədəf Kursları təlimçilərə təşəkkürnamə də təqdim etdi. Təlimçilər Şəmil Sadiq, Elçin Əlibəyli, Vüqar Zifəroğlu , Elxan Şükürlü, Fərid Azəri, Mübariz  Əhmədov , Elvin Əliyev keçirilən üç aylıq təlimlə  bağlı öz fikirlərini bölüşdülər.