“Hədəf” nəşriyyatında yeni kitablar

44 Baxış

yeni kitablar

“Hədəf” nəşriyyatında yeni kitablar işıq üzü görüb. “Ustad” jurnalı ilə eyni vaxtda nəşriyyatda “Yuxu maşını”, “5.45” kitabları, həmçinin “Ümidlərin izi ilə” detektiv romanının rus dilinə tərcümə edilmiş variantı çapdan çıxıb.

 

Çağdaş Azərbaycan nəsrinin nümayəndələrindən biri olan Şəmil Sadiqin “Yuxu maşını” povesti fantastik janrda qələmə alınıb. Roman kimi hekayə yuxu ilə reallıq, yuxu ilə arzular və fantaziyalar arasındakı əlaqənin mövcudluğunu öz qəhrəmanının timsalında sübut edir.

yuxu maşını

 

Nəşriyyatın yeni çapdan çıxan “5.45” kitabının müəllifi isə daha çox detektiv əsərləri ilə tanınan Müşfiq XANdır. Kitabda “Ünvansız sevgi”, “Sonuncu hədiyyə”, “U geni”, “Yataqdakı qatil”, “Yolka işığında qətl”, “Qatil üçün nekroloq”, “Milanaya məktub” kimi əsərləri qələmə alan yazıçının bir-birindən maraqlı hekayələri toplanıb.

5.45

 

Şəmil Sadiq və Müşfiq XANın müəllifi olduqları “Ümidlərin izi ilə” detektiv romanı isə bu dəfə rus dilində nəşr edilib. Romanda Xocalıda əsir düşərək Fransaya qədər aparılan Aytəkinin hislərini, keçirdiyi acı günləri əks etdirən “Girov qadının xatirələri” və 20 il boyunca hər an keçmiş sevgilisi Aytəkinin xatirəsi ilə yaşayan keçmiş kəşfiyyatçı Ramilin yaşantılarından bəhs edilir. Belə ki, məxfi şöbənin təcrübəli əməliyyatçısı Mikayıl Qüdrətov 2011-ci ildə əlinə keçmiş gündəlik vasitəsilə Azərbaycana göndərilən casus qadının izinə düşür…

Kitabları “Kitabevim.az” Mağazalar Şəbəkəsindən və digər kitab dükanlarından, mağazalarından əldə etmək mümkündür.