“Hədəf” Nəşrləri yazıçı Varisin kitablarını çap edəcək

106 Baxış

varisin“Hədəf” Nəşrləri və tanınmış yazıçı Varis Yolçiyev arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən Azərbaycanda yazarın bütün kitablarının çap hüquqları məhz bu nəşriyyata verilib.

Sözügedən razılaşma əsasında “Əzilmiş fotoşəkillər” romanı artıq çapa hazırlanır.

Qeyd edək ki, “Əzilmiş fotoşəkillər” Varisin sayca beşinci romanıdır. Romanın süjeti həyatdan, günümüzün reallığından götürülüb. Yeniliklər etməyi sevən yazıçı bu əsərində bədiiliklə publisistikanı orijinal bir şəkildə birləşdirərək oxucunun ixtiyarına maraqlı bir roman verib.

 

 

 

 

varis