Həftəsonu teatrlarımızın repertuarı

7 Baxış

 

Без названия

Teatrlarımızın  yeni mövsümü

Artıq paytaxt və digər şəhərlərimizdəki teatr mərkəzlərimiz yeni mövsümə hazırlaşırlar. Bu barədə məlumat Mədəniyyət və Turizm Nazirliyindən senet.az saytına məlumat verilib.

 

Opera və Balet Teatrı

Azərbaycan Opera və Balet Teatrı sentyabr ayının 18-də 108-ci teatr mövsümünə Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası ilə başlayacaqdır.

Ü.Hacıbəyli VIII Beynəlxalq musiqi festivalı çərçivəsində baş tutacaq tamaşada Xalq artisti Mənsum İbrahimov (Məcnun) ilk dəfə tələbəsi gənc solist Arzu Əliyeva (Leyli) ilə birlikdə çıxış edəcəklər. Tamaşada həmçinin Respublikanın Əməkdar artistləri Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn-Salam), Sabir Əliyev (Şeyx) və b. iştirak edəcəklər.

Kukla Teatrı

Bu il Kukla teatrı üçün əlamətdar ildir. Çünki 85 yaşını qeyd edən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün yubiley mövsümünə başlayır.

Yenicə məzuniyyətini bitirən teatr kollektivi yeni mövsümün ilk iclasında hazırlanacaq tamaşalar, ümumilikdə nəzərdə tutulan yaradıcılıq planları müzakirə olundu.

Tədbirdə giriş sözü ilə teatrın direktoru Rəşad Əhmədzadə yeni mövsüm münasibətilə kollektivi təbrik etdi və yaradıcılıq uğurları arzuladı. Bu mövsümün ümumilikdə milli teatrımız üçün məhsuldar və yaradıcılıq uğurları ilə zəngin keçməsini dilədi.

Ötən mövsümün uğurllarından tamaşa və qastrol səfərləri, müxtəlif festivallardan mükafatlarla yadda qaldığını deyən teatr direktoru istirahət müddətində də bu fəaliyyətin davam etdiyini bildirdi. Belə ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ölkə teatrları arasında bir ilkə daha imza ataraq teatrın “YouTube” səhifəsini internet istifadəçilərinin ixtiyarına verdi.

Teatrın yeni mövsümə sentyabrın 9-da start verəcəyini deyən R. Əhmədzadə həmin gün iki tamaşanın nümayiş olunacağını bildirdi. Belə ki, ilk olaraq Abdulla Şaiqin “Tıq-tıq xanım” pyesinin motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi “Tıq-tıq və Taq-taqın nağılı”, daha sonra isə Rus xalq nağılı əsasında səhnələşdirilən “Qoğal” tamaşaları (rus dilində) nümayiş olunacaq.

 

 

Sumqayıt Dövlət Dram Teatrı

Sumqayıt Dövlət Dram Teatrının kollektividə məzuniyyətdən qayıtmışdır. Yeni mövsümün ilk iclasında  Direktor İslam Həsənov çıxış edərək yeni mövsüm planlarından söhbət açmışdır.

Son mövsümün uğurlarından söz açan direktor – Gürcüstanda, Türkiyədə, Bakı Beynəlxalq Festivalında müvəffəqiyyətlə çıxış etməsini iclas iştirakçılarının diqqətinə çatdırmış və bu ildə ənənəsinə sadiq qalacağını bildirmişdir. Bunun üçün yaradıcı və texniki heyətə işində daha məsuliyyətli və əzmlə çalışmaları tapşırıldı.

Hazırlanan tamaşalar Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunan, ən müasir tələblərə cavab verən yeni teatr ocağında teatrsevərlərə təqdim olunacaq.

 

 

Lənkəran Dövlət Dram Teatrı

Lənkəran Dövlət Dram Teatrında da yaradıcı və texniki işçilərin birgə iştirakı ilə yığıncaq keçirilib. Tteatrın direktoru Tofiq Heydərov yeni mövsümdə kollektivin qarşısında duran vəzifələrdən danışıb. Ötən mövsümün uğurları diqqətə çatdırılıb. Kollektiv İranın paytaxtında keçirilən Beynəlxalq Fəcr Teatr Festivalında Bəhram Beyzayinin “İlan Sultan” tamaşası ilə Azərbaycanı layiqli təmsil edib. İclasda yeni təkliflər və planlardan danışıldı.

 

Bölmə : Manşet, Teatr