Həmyerlimizin əsəri nüfuzlu almanaxda

14 Baxış

proza 2015Bu günlərdə Moskvada Rusiya Yazıçılar Birliyinin təqdimatında “Proza 2015” üçcildliyi işıq üzü görüb. Ötən il ərzində müxtəlif ədəbi qəzet, jurnal və portallarda dərc olunmuş, habelə kitab və almanaxlara daxil edilmiş diqqətçəkən hekayələrdən ibarət üçcildlikdə Leonid Aronov, Lev Yefremov, Darya Fedorçuk, Olst Peterson, Anna Ekkel, Albert Qrin, Nodar Xatiaşvili, Alfrid İzatulin, Andrey Bajenov kimi yazıçılarla bir sırada həmyerlimiz Varis də təmsil olunur.

AZƏRTAC xəbər verir ki, redaksiya heyəti almanaxa yazıçımızın “Qu quşu rəqsi” hekayəsini daxil edib.

İnsanın ətraf mühitlə amansız böyük müharibəsi fonunda qəlblə düşüncənin kiçik müharibəsindən bəhs edən “Qu quşu rəqsi”ndə həm də işıqla zülmətin, gözəlliklə eybəcərliyin vəhdətdə yaşamaq məhkumluğundan kənara çıxmanın acı nəticələrindən söz açılır.

Qeyd edək ki, “Qu quşu rəqsi” oxucularımıza yaxşı tanışdır. Ötən il “525-ci qəzet”də dərc edilən hekayə ədəbi ictimaiyyətin diqqətini cəlb edib.