“Həyat”ın qürubu

16 Baxış

15

“Həyat” cəridəsinin aləmi-mətbuata acı bir vida çəkib  müvəqqətən tətilə məcbur olaraq guşeyi-inzivaya  çəkilişi bütün qarelərini, bəlkə əfradi-müsliminin kaffəsini son dərəcə məhzun və mükəddər etmiş idi.

Həyatımıza həyatbəxş zavallı “Həyat”, hənuz sinni-səbavətində bir bucuq yaşında olduğu halda mübarizə və mücahidə meydanından ağlaya-ağlaya çıxdığı zaman bütün mətbuati-islamiyyəyi bir yəs və hər vicdan sahiblərini əzim bir təəssür və hüzn qaplamış idi…

Əvət, aləmi-mətbuat pək məyus, cəraidi-milliyyəmiz pək məhzun və mütəəssir olmuş idi. Çünki pək gənc və fəal olan bir arqadaşlarını qaib etdilər.

Fəqət bu hüznün, bu təəssürün ən böyüyü, ən şiddətlisi, ən acısı “Həyat” ilə yaxın münasibatda bulunanlara, daha doğrusu “Həyat” üzündən qələm hərəkət etdirməyə, “Həyat” vasitəsilə millət və vətən uğruna qələm çəkənlərə aiddir.

Bununçün “Həyat”ın vidaından ən ziyadə mütəəssir və mütəəllim olanların biri də şu sətirləri qaralayan acizdir… “Həyat”ın “vidanaməsi”ni oxuduğumda şiddəti-təəssürümdən acı-acı ağladım. Axıtdığım göz yaşları nə üçün idi?.. Altı-yeddi milyonluq bir cəmaəti-islamiyyənin iki qəzetəyi maddətən idarə və müntəzəmən davam etdirəcək qədər müavinət, qeyrət, həmiyyət ibraz edəmədikləri, daha doğrusu əsrlərdən bərixaki-məzəllət içində talmış olduqları xabiqəflətdən hənuz oyanamadıqlarına idi!..

Əvət, çocuq kibi hönkür-hönkür ağladım…

Nə üçün? Çünki öksüz qalmış idim. Səsimi, sədamı, fəryad və fəğanımı, siyhə və növhəmi  əks etdirəcək səhnə qapalmış, əfkar və təsəvvür etmək ayineyi-inikası bulunan “Həyat” səhifələrini qara bulutlar əhatə etmiş idi… iştə bunun üçün “Həyat’ın mətbuata vidaından vəlov müvəqqət olsun ən ziyadə mütəəssir olanlardan birisi də bən idim.

Bu təəssürati-şədidəmi bir az təskin edən yenə “Həyat” olmuşdur. Bir bucuq sənə qədər bir müddət inqilab və mübarizənin ən şiddətli bir yerində hər dürlü böhrani-müsadimə və əmvaci-hücumə qarşı köks gərərək təərrüzati-əcnəbiyyədən hüquq və namusumuzu müdafiə ilə, ölmüş, uyuşmuş bir meyyiti-mütəhərrikdən heç fərqi olmayan heyətimizin paslanmış, jənglənmiş qəlblərinə ruh və həyat saçan “Həyat” son nəfəsində qarelərini yetim buraxmamaq, anları ağlatmamaq üçün kəndi meydanında buraxdığı “Füyuzat’ın qəribən tülu edib oxucularının iktisabi-feyz edəcəklərini təbşir edərək “Füyuzat” salamını təbliğ etmiş idi. Bu təbşir, bu salam bənı təsəlli etmiş və “Həyat”ın ölməyəcəyini anlatmış idi… Zatən bu təbşiri görməsəm, anlamasam belə “Həyat’ın öləcəyinə qane deyil idim. Zira “Həyat”ı “Həyat” edən zatın ömrünün axırına qədər olmasa da, uzun bir müddət guşeyi-inzivaya, aləmi-tənhayiyə çəkilib durmasilə vicdanı qarşısında müttəhim və məhcub olacağını pək gözəl bildiyini anlıyor idim. Əvət, bir həkim, bədayei-təbiətə nəzəri-həkimanəsini ətf və nəsb edərək, tələzzüzati- zatiyyəsilə mütələzziz olub da əbnayi-cinsinə əlindən gəldiyi xidməti etməyərək yalnız kəndi aləmində vaxt keçirmək üçün dünyaya gəlməmişdir. Bəlkə qüvayi-fikriyyə və zehniyyəsi bütün-bütün münqəte oluncaya qədər millətinə, vətəninə ərzi-xidmət etmək vəzifəsilə mükəlləfdir… Bir insan zaman və məkanın icabına görə təhsili-ülum və fünun edər də, məlumat və kəmalatilə əbnayi-cinsini müstəfid etməz, yaxud bir alimi-kamil təşəbbüs etdiyi məsləkdə təqib etdiyi əməldə düçari-müşkülat olunca məsləkindən nükul edərsə mənən məsuldur.

Demək istərəm ki, “Həyat” hamisiz, müavinətsiz qaldığı halda yenə məsləkindən nükul etmədi. Yalnız bir-iki ay qədər cəmiyyəti- bəşəriyyədən infikak edərək Qafqas dağlarında gizlənmiş idi…

Qafqas qitəyi-mübarəkəsi heç mücahidsiz qalırmı? Cahanın ən qaranlıq, aləmi-bəşəriyyətin ən vəhşi zamanlarında belə Qafqas əqtari-ərzə nur saçıyordu.

Millətimizin bugünkü gündən bəlkə yüz dərəcə də cahil bulunan bir zamanında Rusiya müsəlmanları arasında mətbəəyi-islamiyyə ilk Qafqasda açılmışdır. “Əkinçi”lər, “Kəşkül”çilər Qafqas övladları, Qafqas qəhrəmanlarıdır. Tarixi-ümuminin türklər üçün müzlim nöqtələrini kəşf və tənvir edən və bunların ədəbiyyatına xeyli xidmətlər edən Murad bəy həzrətləri yenə Qafqas qəhrəmanlarından deyilmidir. Bunun üçün Qafqas qitəsi boş qalmayacaqdır: Orası bir ictihadi-mədəniyyətpərvəranə meydanı olacaqdır.

On beş, igirmi gün müqəddəm vida ilə bağrımızı yaxıb guşeyi-inzivaya çəKilən “Həyat” bu gün başqa bir əlbisəyə bürünərək ətrafi-əknafə feyz saça-saça tülu ediyor “Füyuzat” doğuyor…

Ah! Bilsəniz bu tülu nə qədər ümidlər doğuruyor, nə dərəcə məsərrətlər bəxş ediyor. Bu tüluun şövqi bir anda Qafqas dağlarını, ovalarını, dənizləri keçərək vətəni-qəribimiz olan Krım yarımadasını da tənvir etməyə başladı. Məarif günəşi demək olan “Füyuzat’ın tüulunda başqa bir ləzzət, başqa bir ülviyyət var!.. Zavallı “Həyat’ın üfulu həzin isə, “Füyuzat’ın tüluu da o dərəcə məsərrətamizdir.

“Həyat”ın sönməsinə züləmatda qala gözlərim “Füyuzat’ın doğması ilə mənəvi bir nura qərq oldu. “Həyat’ın getməsilə mütəəssir olan qəlbim “Füyuzat’ın dünyaya gəlməsi mütələzziz oluyor…

Nə üçün… Çünki “Füyuzat” ədəbiyyat aləmində yol bilməyənlərə bir təriq göstərəcək, yolunu şaşırmışlara rəhbər olacaq, bəhs və münazirədə həddi-təbiiyi təcavüz etmiş olanlara rəhnümalıq üçün arayişi-nigahi-ibtis ediyor… Fitrətin ən böyük bəxşişi olan və vücudi-insaniyyət ancaq kəndisilə təyid edilə “lisan”a başqa bir həlavət, başqa bir nəzakət verəcəkdir. Bunu meydana gətirəcək, yəni lisanımızın islahına, zənginləşməsinə çalışacaq “ədəbiyyat’dır. Lisanımızı ədəbi bir lisan edəcək də “Füyuzat” məcəlləyi-mübarəkəsidir.

İnsaf ilə düşünülsün? “Lisan” nə qədər böyük bir nemət, “söz” nə dərəcə müəssir bir qüvvətdir.

Təbiəti-insaniyyə cahanın hər dürlü alam və əkdarına həyatın bin dürlü hücumlarına zamanın atəş saçan top və tüfənglərinə köks gərərək müqavimət etdiyi və kəndisini müdafiə elədiyi halda, “söz” təsirinə, nüfuzuna qarşı təhəmmül edəməyib taətə məcbur oluyor!.. İnsaniyyətin validəsi sözdür.

Söz pək çox şeylər toğurmuşdur və toğuracaqdır.

Müdavileyi-əfkar üçün dəstgiri-yeganəmiz nitq və lisan isə, sözün hüsni-təsiri taş yürəklilərə nüfuzu da “ədəbiyyat” sayəsində meydana gələcəkdir. Çünki lisani-insaniyyətin səhifəyi-qərrası ədəbiyyatdır..

Mərhum Həzrət Kamal: Sözün əhvali-vicdaniyəyi təhvildə olan təsiri-bəliğinə məbna bir böyük faydası dəxi millətin hüsni tərbiyətinə xidmətdir ki, həqiqəti-halda ləfzən ədəbiyyatın məxəzi-iştiqaqı “ədəb” isə mənən ədəbin məsdəri-intişarı” ədəbiyyatdır denilə bilir…

Bir də ittihadi-mədəniyyət hər millətin bir şəxsi misali-zihəyatıdır ki, lisanı “ədəbiyyat’dır. Bu cəhətlə “ədəbiyyatsız millət dilsiz insan qəbilindən olur” demişdir…

Sözün nə qədər müəssir bir bədiəyi-fitrət nə dərəcə müəssiri-qüdrət və qüvvət olduğu, cəmiyyəti-bəşəriyyənin ən böyük əl­lamə­lə­rini məğlub etmişdir. Şöylə ki, dini-islamın zühurunda seyfi-şəriətə qarşı müqavimət edən ərəb mütəəssibləri hökmi-bəlağətə qarşıdayanamayıb məğlub və itaətə məcbur oldular…

Əlyövm aramızda söz ilə muxatəbini məğlub edə biləcək qaç adam buluna bilir? Əvət, ruscavə ya fransızca bülbül kibi söyləyən darülfünunçularımız çox isə də lisani-madərimiz olan türkcədə “ədəbiyyat” qəvaidi dairəsində söyləyəcək və qələm yürüdəcək pək azdır. Bu halda lisanımızı ədəbi bir lisan edəcək ədəbiyyat olduğundan ana pək böyük ehtiyacımız vardır.

Təzkiyəyi-fikir, təzyini-xatirə, təsfiyəyi-zövq, təhkimi-vicdan və ənasirin tövzih və töovsii kibi şeylər həp ədəbiyyatın muavinətinə ərzi-iftiqar edənhallardandır.

Ədəbiyyatın lüzumi-həqiqisini inkar edənlər halati-məzkurənin müamilati-həyatiyyəyə olan təsiratını inkar etmiş olurlar isə, mümkünatdan deyildir… olamaz. Nə isə məsələyi- mühümməyi həll edəcək, millətimizi ədəbiyyat ilə tanıtdıracaq “Füyuzat” məcmuəsi olacaqdır.

Bu halda ümumi-müntəsəbini-ədəbi müstəfid edəcək şu ədəbi “Füyuzat”ın ərzi-çöhrəyi-ibtisam etməsinə sevinməmək mümkün­müdür? Böylə ədəbi, fənni, ictimai bir məcələnin toğ­duğunu, tülu etdiyini insan görər nasıl məmnun və mütəəssir olmaz! Maddi və mənəvi bulunan həkimlərimizin, ədiblərimizin qələmi-məarif­pərvər­anələrindən töküləcək həqiqətlərin vasitəyi-intişarı olacaq “Füyuzat”ı mütaliə edər də nasıl iktisabi-feyz etməz? ..

Toğrusu, ya bu gün qəlbimdə toğan hissiyyati- nənəviyyəyi fərəh və süruru tərifdən acizəm. Zavallı “Həyat”ın xaneyi-inzivaya çəkilməsindən nasıl mütəəssir olub ağladım isə, “Füyuzat”ın şöləfəşan olaraq ərzi-didar etməsindən də öyle mütəəssir olaraq ağlıyorum. Əvət, təəssüratı-şədidəmi zəbt edəmiyərək tərcümani-həyat olan gözlərimdən qətrə-qətrə yaşlar axıtdım. Fəqət sürur ilə axıdılan yaşlar ilə hüzn ilə tökülən qətrələr arasında pək böyük bir fərq vardır. Bugünkü yaşlar pək sərin idi…

İştə yuxarıdan bəri dilimin döndüyü qədəranlatmağa çalışdığım, fəqət bir cüzini belə ifhama qadir olamadığım şövqün şu nöqtəsi bəni qəşy ediyor…

 Həsən Səbri AYVAZOV, 13 noyabr 1906-cı il

Bölmə : Redaktorun seçimi