“H.Z.Tağıyevə qara yaxana bir CAVAB” adlı elmi məqalə

29 Baxış

Hacı Zeynalabdin TağıyevAMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi t.ü.f.d. Fərhad Cabbarovun H.Z.Tağıyev haqqında yeni məqaləsi dərc olunmuşdur. Bildiyimiz kimi son dövrlərdə Babəki, Şah İsmayıl Xətaini, Məhəmməd Əmin Rəsulzadəni və digər görkəmli simalarımızı təhqir etmək, adları ətrafında ucuz spekulyasiyalar aparmaq cəhdləri təəssüf ki, artmaqdadır. Bu səpkili yanaşmanın növbəti hədəfi məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev olmuşdur. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin məlumatına görə, Müəllifi Orxan Bahadırsoy olan bir yazıda (sputnik.az)   H.Z.Tağıyevin həyat yoldaşı Sona xanımla böyük aktyor və rejissor Hüseyn Ərəblinski arasında guya “eşq macərası” olduğu və bu səbəbdən H.Z.Tağıyevin H.Ərəblinskini “öldürtdürməsi” göstərilmişdir. Bu qarayaxmaya qarşı AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov “Hacı Zeynalabdin Tağıyevə qara yaxana bir CAVAB” adlı elmi bir məqalə ilə cavab hazırlamış, H.Z.Tağıyevin qeyd olunan məsələdə məsumluğu və Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlər bu məqalədə vurğulanmışdır. Bu məqalə KİV-lərdə (modern.az və s.) nəşr olunmuşdur.

Bölmə : Sənət xəbər