Türkiyə kinematoqrafiyasının şah əsəri olan “Hababam sınıfı” filminin aktyoru Tayfun Akalın dünyasını dəyişib.
Senet.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, aktyor bir neçə gün əvvəl qəzaya düşərək Ümraniye Dövlət Xəstəxanasına aparılıb.
Reanimasiyaya yerləşdirilən aktyorun həyatını xilas etmək mümkün olmayıb.