Habil Əliyev I Fəxri Xiyabanda dəfn olunacaq

40 Baxış

HABİLELİYEVXalq artisti uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu gün saat 12:00-dan 14:00-a kimi Filarmoniyada Habil Əliyevlə vida mərasimi keçiriləcək. Mərasimdən sonra mərhum I Fəxri Xiyabanda dəfn olunacaq.

Kaman ustası Habil Əliyev səhhətində yaranan problemlərə görə avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, səhhəti normallaşandıqdan sonra müayinəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də evə buraxılmış, bir neçə gün əvvəl isə yenidən komaya düşmüşdü.

Allah rəhmət eləsin!

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10