“Hacı Qara” komediyası Musiqili Teatrda

11 Baxış

1ac

Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Hacı Qara” ikihissəli komediyası əsasında hazırlanan eyniadlı səhnə əsəri təqdim olunub.

Senet.az xəbər verir ki, 108-ci teatr mövsümünün növbəti premyerası olan tamaşa meydan üslubunda hazırlanıb. Bir sıra yeniliklərlə zəngin olan səhnə əsərinə Əməkdar Artist Loğman Kərimovun quruluşunda baxılıb. Rəqslərin quruluşu Hüseyn Əliliyə məxsus olan tamaşada rolları aktyorlar Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Nicat Əli, Hüseyn Əlili, Gülnarə Əzizova, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov ifa edib.

Səhnə əsəri aktyorların ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılıb. Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb.

KÖŞƏ YAZARLARI
TOP 10