Halit Ərgənçin yeni imici görənləri təəccübləndirib

4 Baxış

halitergencAzərbaycan yazıçısı Qurban Səidin eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” filminin İstanbulda çəkilişləri davam edir.

İki həftə davam edəcək çəkilişlərdə Türkiyənin tanınmış aktyorları Halit Ərgənç və Erkin Koçun da iştirak edirlər. Halit Ərgənç Fətəli xan Xoyski obrazını canlandırmaq üçün imicini dəyişib.

Onun bu yeni halı görənlərin təəccübünə səbəb olub. Qeyd edək ki, aktyor “Muhteşem yüzyıl” filmindən sonra ilk dəfə kamera qarşısına keçib.

Bundan əvvəl çəkilişlər Bakıda 8 həftə ərzində aparılmışdı. Filmdə baş rolları Adam Bakri (Əli) və Maria Valverde (Nino) ifa edirlər. Ekran əsərinin icraçı prodüseri Leyla Əliyeva, quruluşçu rejissoru Kris Tikyer, ssenari müəllifi Kristofer Hemptondur.

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10