“Harry Potter” seriyasından yeni kitab

21 Baxış

JK Rowlingİngilis yazıçısı JK Roulinqin qələmə aldığı və “Harry Potter” romanı seriyasından olan dram əsəri bu yaz satışa çıxarılacaq.

Roulinqin Jack Thorne və John Tiffany ilə ssenarisini qələmə aldığı teatr tamaşasının yazda Londonda səhnələşdirilməsilə eyni vaxtda kitabı da işıq üzü görəcək.

Tamaşa və nəşr ediləcək kitabda Harry Potterin Hogwarts sehrbazlıq məktəbindən sonra etdiklərinin yer alacağı gözlənilir.

“Harri Potter və lənətli uşaq” adlanan və iki hissədən ibarət olan yeni kitab Kanada, Birləşmiş Krallıq və ABŞ-da iyulun 31-də, kitabın qəhrəmanı Harri Potterin doğum günündə satışa çıxacaq.

Qeyd edək ki, 1997-2007-ci illər arası çıxan Harri Potter fantastik roman seriyası 65 dilə çevrilib, 400 milyondan çox nüsxəsi satılıb. Romanlar əsasında filmlər də çəkilib.

harry-potter-kitap-promo