“Hasarın o üzü” Şamaxıda nümayiş olunacaq

15 Baxış

hasar3Aprel ayının 11-də  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup yaradıcı heyəti Şamaxı rayonuna səfər edərək, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının kollektivi ilə görüşəcəkdir.

Senet.az-a teatrın mətbuat xidmətindən verilən məlumata görə yaradıcı heyət teatrın cari repertuarında olan maraqlı, günümüzün aktual problemlərini əks etdirən yazıçı-dramaturq Əli Əmirlinin “Hasarın o üzü” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə rayon ictimaiyyəti qarşısında çıxış edəcək.

Quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov,  quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, bəstəkarı Xalq Artisti Səyavuş Kərimi olan tamaşada əsas obrazları Xalq Artistləri Həmidə Ömərova (Humay), Nurəddin Mehdixanlı (Qərib), teatrın gənc aktrisaları Günel Məmmədova və Səbinə Məmmədova ifa edəcəklər.

Tamaşa bir ailə daxilində, dinə ikili münasibətdən bəhs edən kəskin konfliktli, iti süjetli səhnə versiyası olaraq düşünülmüşdür. Dinə baxış, insan mənəviyyatı, əxlaq prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə önə çəkilir. Məlumat üçün bildirək ki, səfər Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramının müvafiq bəndinin icra edilməsi və bölgələrdə yaşayan  əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi estetik tərbiyəsinin formalaşdırılması məqsədilə həyata keçirilir.

hasar6

 

hasarin

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10