Ekzistensializm: Heç bir güc insandan üstün deyil

1122 Baxış

IMG_20141111_213157-300x300Ekzistensializm cərəyanı haqqında….

 Böhran, müharibələr, problemlər özü ilə bərabər bir çox dəyişikliklər gətirir. Bu dəyişiklik çox zaman şüurlarda yaranır. Ədə        biyyat da sadalanan səbəblərdən öz nəsibini alır və həmişə belə məqamlarda qabıq dəyişə bilir. II Dünya müharibəsi ərəfəsində bir çox ədəbi cərəyanların yaranmasını buna misal göstərmək olar. Belə ədəbi cərəyanlardan biri də EKZİSTENSİALİZM cərəyanıdır.

Ekzistensializm Azərbaycan ədəbiyyatında qərar tutmayan, ümumilikdə isə Avropa ədəbiyyatı üçün doğma olan ədəbi cərəyənlardan biridir. Mənşə etibarı ilə Latın sözüdür: exsistensiavarlıq. Yeni dünyagörüşü yaratmaq cəhdi kimi meydana gəlmiş irrasionalist, subyektiv idealist fəlsəfi cərəyandır. Bu ədəbi cərəyan ən əvvəl 1927-ci ildə Alman mütəfəkkiri Martin Haydegger tərəfindən ortaya çıxmışdır. Daha sonra II Dünya müharibəsi dövründə Fransız sənətkarı Jan Pol Sartr tərəfindən inkişaf etdirilmiş və ədəbiyyata gətirilmişdir.

Ekzistensializm cərəyanının tarixi həqiqətdə qədim Yunan fəlsəfəsinə qədər uzanıb gedir. Dadaizm kimi böhran psixologiyasını ifadə edən bir cərəyandır. II Dünya müharibəsi dövründə vəhşilik, kütləvi insan qırğınları, insanlığın bir növü yox olma təhlükəsi və bütün bunlara görə yaranan ümidsizlik şəraitində eksiztensializm cərəyanı meydana çıxmışdır.

Ekzistensializm əsas qəhrəman kimi emosional coşqunluqdan əzilən, ehtiraslardan parçalanan şəxsiyyəti irəli çəkir. Cərəyanın bədii konsepsiyası haqqında tam təsəvvürü Munkun “Haray” əsəri verir. Ekzistensializmə görə azadlıq ondan ibarətdir ki, insan təbii, yaxud sosial zərurətin təsiri altında formalaşan bir əşya kimi çıxış etməsin, özü-özünü seçsin, özünü hər bir hərəkəti, davranışı ilə formalaşdırsın. Bununla da azad insan elədiyi hər şeyə görə məsuliyyət daşıyır, “şəraitə” görə özünə haqq qazandırmır. Şəraitə görə dəyişmir, özünə görə şəraiti dəyişir. Romantik çalarda bunu belə də ifadə etmək olar. Sevənlərdən heç biri digərinə görə nə mənfi, nə də müsbət cəhətini dəyişməli deyil. Sevgilisinə görə mənfi cəhətini  dəyişmək istəyən tərəfi qarşı tərəf qəbul etmir. Qarşı tərəfin düşüncəsi belədir: Mən səni həm mənfi, həm də müsbət tərəflərinə görə sevmişəm.

Ekzistensializm cərəyanına görə “yaradılış” insanın maddi mövcudluğundan əvvəl yaranmışdır. İnsan dünyaya gəlib var olduqdan sonra öz-özünü və dəyərlərini, qaydalarını yaradır.  Bu prosesdə insana yol göstərəcək olan varlıq yenə özüdür. Ona görə də insan azad olmaq məcburiyyətindədir.  İnsan böhranının səbəbi, qaynağı insanın özünü və dəyərlərini yaradarkən müxtəlif seçimlərə qarşı hiss etdiyi məsuliyyətdir. Ekzistensialistlər yaşadıqları dövrə qarşı özlərini məsuliyyətli hesab edirlər. Cəmiyyətin istiqamətləndirilməsində ictimai problemlər qarşısında öz vəzifələrini başa düşürlər, həssasdırlar  və siyasətin içində yer alırlar. Onların əsərlərində təkcə müxtəlif xarakterlər  deyil, hadisələr zamanı qarşı-qarşıya duran insanlar vardır. Qəhrəmanların özünəməxsus  xarakterləri olmadığından nə edəcəyi haqqında əvvəlcədən düşünmək olmur. Oxucunun marağı əsər boyu axtarışda olur. İnsan özünü tanımalı, özünü qazanmalı. Ekzistensialistlərə görə heç bir güc, varlıq insanoğlunun özündən və şəxsi mənliyindən üstün deyildir.

Ekzistensializm insanın özünü mühakimə etməsini istəyir. Hər insanın öz iradəsi ilə formalaşdırdığı bir gələcək vardır. Bu cərəyana görə insanı insan edən onun öz qərarlarıdır. Bu qərarlar dəyişilməz olmalıdır. Önəmli olan həqiqətdir. Bu həqiqət obyektiv həqiqət deyil, subyektiv həqiqətdir. Yəni insan hamı üçün qəbul edilən doğruları deyil şəxsi olaraq qəbul etdiyi doğruları üstün tutmalıdır. İnsanın azadlığı son dərəcə önəmlidir. Onlara görə ki insan onsuza azad olmağa məcburdur.

Ekzistensializmin Dünya ədəbiyyatındakı ən önəmli nümayəndələri  Jan Pol Sartr, Andre Gid, Andre Malrauks, Simon De Bevoir, Frans Kafka, Alber Kamu və s.dir

Bölmə : Elxan Nəcəfov
KÖŞƏ YAZARLARI
TOP 10