Heç kim onların əkiz olduğuna inanmır

40 Baxış

ekizlerƏsgər Əsgərli

Birinin qırmızı saçları, mavi gözləri və açıq bir dərisi var. Adı Lusidir. Digəri isə tünd rəng dəriyə, tünd qəhvəyi gözlərə və qara, buruq saçlara sahibdir. Adı Mariadır. Onlar əkizdirlər.

Əgər buna inanmırsınızsa, narahat olmayın.Siz tək deyilsiniz. Əkizlərin öz ailəsi belə, 18 il əvvəl bu əkizlər doğulduğunda belə bir şeyin mümkün olduğuna inanamadılar. Son 18 ildir özlərini nə zaman başqalarına təqdim etsələr də kiməsə əkiz olduqlarını inandıra bilmədilər.Tamamilə fərqli görünüşlü bacılara(qardaşlara) rast gəlmək çətindir, hələ əkizlərdən söz ediriksə .Ancaq burada olan təsadüfi döllənmənin iş başında olduğunu göstərən gözəl bir nümunədir.Maria və Lusi əlbəttə ki,cüt yumurta əkizləridir. Yəni tək bir yumurtanın ikiyə bölünməsi nəticəsində baş verməyən, ayrı-ayrı yumurtaların eyni anda döllənməsi nəticəsində yaranan əkizlərdir.

 

Ümumiyyətlə anada birdən çox yumurta eyni anda çoxalma kanalında olur və erkək spermləri bunları bir arada dölləndirir. Bu da iki balanın əkiz olmasına baxmayaraq, bir-birindən tamamilə fərqli genləri daşıyan spermlərdən gələn genomlara sahib olmalarına səbəb olur. Bu vəziyyətdə balalar fərqli

görünərlər.Dəri rəngi və hətta “rəng” ilə bağlı demək olar ki, heç bir xüsusiyyətimiz tək bir genin fərqli versiyaları ilə müəyyən edilə bilməz. Bir çox gen bir arada çalışaraq rəngimizi və xüsusiyyətlərimizi təyin edir. Əlbəttə böyük əksəriyyətlə qara dərili insanların qara dərili uşaqları olur, ağ dərililərin isə ağ.

Yox əgər ki valideynlərdən bir mələzdirsə, bir də biologiyanın bu təsadüfilik xüsusiyyəti işə daxil olduqda, heç gözlənilməz nəticələr meydana gələ bilər.Burada olan vəziyyət də eynisidir.Əkizlərin atası ağ olsa da, anaları yarı-yamaykalı bir mələzdir.Belə olduqda genlərində iki tərəfin də xüsusiyyətlərini daşıması çox ehtimal olunandır. Bu səbəbdən, yumurtalarından birində zənci, digərində isə ağ dəri rəngini meydana gətirəcək genlərin olması mümkündür.Məhz bu yumurtalar eyni anda mayalandıqda balalar da bir-birindən fərqli ola bilir.

Bölmə : Araşdırma
KÖŞƏ YAZARLARI
TOP 10