“Hədəf Nəşrləri”nin müəllif tenderinin qalibləri bəlli oldu – Fotolar

21 Baxış

tender-qalib1

“Hədəf Nəşrləri”nin “Bilgənin macəraları” uşaq seriyası kitabları üçün elan edilən müəllif tenderi yekunlaşıb.

Senet.az “Hədəf Nəşrləri”nə istinadən xəbər verir ki, iyulun 10-da təşkil olunan tədbirdə tenderin qalibləri açıqlanıb.

tender-qalib2

İştirakçılardan Aynur Cavid (Aynur Qarayeva) və Cəmilə Məmmədli qalib elan olunublar.

Qeyd edək ki, ilkin mərhələdə tenderin mükafat fondu 2500 manat nəzərdə tutulsa da, daha sonra 3000 manat təyin olunub. Qalib isə bir yox, iki nəfər seçilib.

tender-qalib3

Tədbirdə “Hədəf Nəşrləri”nin direktoru, yazıçı-tərcüməçi Səbuhi Şahmursoy çıxış edərək tenderin elan olunma səbəblərindən, ölkənin kitab industriyasından, nəşriyyat sahəsindəki problemlərdən danışıb. Nəzərə çatdırıb ki, tenderin əsas məqsədlərindən biri də yerli ədəbiyyata yeni nəfəs qazandırmaqdır. İştirkaçılara təşəkkürünü bildirən direktor onu da vurğulayıb ki, tender şəffaf şəkildə, obyektivlik tam qorunmaqla həyata keçirilib, ən layiqli iştirakçılar qalib elan olunub.

tender-qalib4

Nəşriyyatın metodik vəsaitlər üzrə direktor müavini Nizami Hüseynov iştirakçıların təqdim etdiyi mətnləri, eləcə də topladığı balları analiz edib, münsiflər heyəti tərəfindən verilən balları əsaslandırıb.

tender-qalib5

Aynur Cavid və Cəmilə Məmmədli – qaliblər çıxış edərək tender təşkilatçılarına öz minnətdarlıqlarını ifadə edib, etimadı doğruldacaqlarına əmin olduqlarını vurğulayıblar.

tender-qalib6

Tədbir müzakirələrlə davam edib.

tender-qalib7

tender-qalib8

 

tender-qalib9

Bölmə : Manşet, Ədəbiyyat