Hədəf STEAM Liseyində Əzizə Cəfərzadənin yubileyi qeyd olundu – Fotolar

18 Baxış

ezize ceferzade-yubiley1

Dekabrın 30-da “XAN” nəşriyyatının təşkilatçılığı ilə Hədəf STEAM Liseyinin Qurtuluş filialında Xalq yazıçısı Əzizə Cəfərzadənin 100 illik yubileyinə həsr olunan elmi-praktik konfrans, “Xatirə Ədəbiyyatı” silsiləsində yenicə nəşrdən çıxan “Tanıdıqlarım və sevdiklərim xatirələrimdə” adlı avtobioqrafiyasının təqdimatı keçirilib.

Senet.az “XAN” nəşriyyatına istinadən xəbər verir ki, konfransı giriş sözü ilə açan filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq mərhum Xalq yazıçısının ədəbi irsindan, Azərbaycan ədəbiyyatına verdiyi töfhələrdən danışıb.

ezize ceferzade-yubiley2

Daha sonra “XAN” nəşriyyatının icraçı direktoru, yazıçı-tərcüməçi Səbuhi Şahmursoy rəhbərlik etdiyi nəşriyyatda Əzizə Cəfərzadənin çap olunan, eləcə də çapı nəzərdə tutulan kitablarından danışıb. Vurğulayıb ki, Əzizə Cəfərzadə irsi, xüsusilə də həyatı gənc qadınlara, o cümlədən bütövlükdə gəncliyə motivasiya qaynağıdır.

Ardınca “XAN” nəşriyyatının baş redaktoru Cavid Qədir “Xalq yazıçısı Əzizə Cəfərzadənin əsərlərində tarixi motivlər” mövzusunda çıxış edərək əsərləri ədəbi və tarixi baxımından təhlil edib.

ezize ceferzade-yubiley3

Sonra Əzizə Cəfərzadənin oğlu riyaziyyat elmləri doktoru Turan İbrahimov çıxış edərək Xalq yazıçısı ilə bağlı xatirələrini bölüşüb, Hədəf STEAM Liseyinin şagirdlərinin suallarını cavablandırıb.

Bundan başqa, “XAN” nəşrlərinin korrektoru Səbinə Abdullayeva “Əzizə Cəfərzadənin povest və hekayələri” adlı çıxışını təqdim edib.

ezize ceferzade-yubiley4

Tədbir müzakirələr ilə davam edib.

 

ezize ceferzade-yubiley5

Bölmə : Ədəbiyyat