Dünya şöhrətli yazıçı Ernest Heminqueyin Kubada həyatından bəhs edən film çəkilib.
Yeni filmin hekayəsi real hadisələrə əsaslanır. Amerikalı jurnalist və hərbi müxbir Denn Bart Petitklerkin məktubundan sonra o zamanlar artıq məşhur olan yazıçı Ernest Heminquey onu Kubaya dəvət edir.
Buro 247-nin məlumatına görə, ekran işində baş rolları Covanni Ribizi, Minka Kelli, Adrian Sparks və yazıçının nəvəsi Meriel Heminqey ifa edib. Filmin premyerası aprelin 29-na planlaşdırılıb.