Heminqueyin həyatı haqqında yeni film çəkilib

6 Baxış

Ernest_Heminquey_060712Dünya şöhrətli yazıçı Ernest Heminqueyin Kubada həyatından bəhs edən film çəkilib.

Yeni filmin hekayəsi real hadisələrə əsaslanır. Amerikalı jurnalist və hərbi müxbir Denn Bart Petitklerkin məktubundan sonra o zamanlar artıq məşhur olan yazıçı Ernest Heminquey onu Kubaya dəvət edir.

Buro 247-nin məlumatına görə, ekran işində baş rolları Covanni Ribizi, Minka Kelli, Adrian Sparks və yazıçının nəvəsi Meriel Heminqey ifa edib. Filmin premyerası aprelin 29-na planlaşdırılıb.