“Heydər Əliyev və ümumtürk mədəni irsi” kitabı nəşr olunacaq

0 Baxış

hg

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və dəstəyi ilə Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevə həsr olunan “Heydər Əliyev və ümumtürk mədəni irsi ” adlı kitab Türkiyədə işıq üzü görəcək.

Kitabda Azərbaycanın və bütövlükdə Türk Dünyasının böyük dövlət xadimi, Ulu öndər Heydər Əliyevin ümumtürk mədəniyyətinin inkişafı, gücləndirilməsi, görkəmli şəxsiyyətlərinin zəngin irsinin qorunması, türkdilli ölkələr arasında əlaqələrin genişləndirilməsi istiqamətində verdiyi misilsiz töhfələrlə bağlı məlumatlar əks olunacaqdır.

Kitabda eyni zamanda, Heydər Əliyevin türkdilli xalqların tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşlərindən bəhs edən fotoşəkillər, ziyalıların onun haqqında xatirələri yer alacaq.

Nəşrin rəyçisi Atatürk Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, akademik Nizami Cəfərovdur.

Bölmə : Xəbər
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10