“Heydər Əliyev və Hüseyn Cavid” mövzusunda sərgi açılıb

6 Baxış

Heydər Əliyev və Hüseyn CavidAMEA Hüseyn Cavidin Ev Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş, “Heydər Əliyev və Hüseyn Cavid” mövzusunda virtual sərgi açılıb.

Sərginin açılış mərasimində müəssisənin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən, mədəniyyətin inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışıb.

Böyük şair və dramaturq Hüseyn Cavid yaradıcılığından, əsərlərinin əhəmiyyətindən danışan G.Babaxanlı qeyd edib ki, dahi rəhbər Heydər Əliyev görkəmli sənətkarın ədəbi irsinə daim xüsusi əhəmiyyət verib.

Sərgidə muzeyin fondunda saxlanılan, Cavidin xatirəsinin əbədiləşdirilməsində dahi rəhbərin misilsiz xidmətlərini əks etdirən “Hüseyn Cavid” albom-kitabları, G.Babaxanlının “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası və digər nəşrlər, müxtəlif eksponatlar nümayiş olunur.

Tədbirdə 2002-ci il oktyabrın 24-də muzeydə ulu öndər Heydər Əliyevin iştirakı ilə keçirilmiş açılış mərasimini əks etdirən videoçarx da göstərilib.