“Heyvanlara sevgi və şəfqət” adlı foto müsabiqəsi elan edilib

7 Baxış

Azərbaycan_Fotoqraflar_Birliyi-logoAzərbaycan Fotoqrafları Birliyi “Heyvanlara sevgi və şəfqət” adlı foto müsabiqəsi elan edib. Birlikdən APA-ya verilən məlumata görə, müsabiqəyə makro, portret, küçə fotoqrafiyası kimi janrlarda olan fotolar təqdim oluna bilər.

Fotolar musabiqeafb@gmail.com ünvanına qəbul olunacaq.

Hər kəs müsabiqəyə 5 foto təqdim edə bilər. İşlər fevralın 27-dək təqdim olunmalıdır.

Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Müsabiqəyə fevral ayında çəkilmiş işlər qəbul olunur.