Heyvanların çəkdiyi rəsmlər 200 dollardan satışa çıxarılıb

41 Baxış

heyvanlarABŞ-da Okaland Zooparkında yaşayan heyvanların çəkdiyi 32 rəsm, “Ebay” internet mağazasında 200 dollardan başlayan qiymətlərlə satışa çıxarılıb.

Satışa çıxarılan əsərlər arasında fil, zürafə, keçi, tutuquşu kimi bir çox heyvanın “əl işlər”i var.

Zooparkın mətbuat xidmətinin katibi Niki Mora, filin xortumu ilə fırça tutaraq çəkdiyi rəsmin çox gözəl olduğunu deyib.

Qeyd edək ki, satışdan əldə olunan gəlir xeyriyyə məqsədi ilə istifadə olunacaq.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10