Südabə Babazadə
Bir gilə su nə deməkdir-
Torpaq, hava qarışıq
Dünyanı dövr eyləyən
Altdan-üstdən çağlayan
Qaynamağı, donmağı,
İnsanlara görk edən
Coşmağın, qovuşmağın nə demək olduğunu
Ürəklərə damdıran
İslaq qəhər!
Bir axım su -
Durulmağı bir gözlənti
Bulanmağı qorxu, təlaş
Yuxundakı nağılını ona danış
O ki sənin pıçıltılı qulaqdaşın…
Bir töküm su -
Salamlayar günümüzü
Parıltısı üzümüzə bir təravət
Yayındırar mürgümüzü
Arındırar canımızı…
Bir aləm su -
Dünya ömrü qədər
Uzun yollu eniş, yoxuş,
Gurultusu qahmar kimi…
Bir dolum su –
Çuxur dolu, dərya dolu
Dib dolu
Quyu-quyu sərvətimiz,
Duzlu, şirin nemətimiz
Balıqlıdır, yosunludur
Yağlı, iyli üzüqara dənizimiz…
Həm acılı, həm nəşəli günlərimiz
Qəlbimizin təmizliyi onda imiş…
Axar- gələr dünənimiz,
Alıb-gedər bugünümüz
Hey çilənər sabahlara
Sularımız
Yad suları heç içmərik,
O sulardan anlamarıq…
Görürsənmi nə deməkmiş vətən suyu?!
Kitablarla, konfransda çıxışlarla
Qanararla, mükafatla
Sən bu sirri öyrənincə
Gəl ötürmə Fulbright-a!