“Hikmət xəzinəsi” əsəri Azərbaycan dilində

23 Baxış

1111

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin elmi işçisi Kəmalə Abbasovanın fars dilindən tərcümə etdiyi Hacı Süleyman Qacar İrəvaninin “Hikmət xəzinəsi” əsəri işıq üzü görüb.

AMEA-dan Senet.az-a bildirilib ki, kitabda XVIII əsrin məşhur təbiblərindən biri Hacı Süleyman Qacar İrəvaninin təbii bitkilər və sadə vasitələrlə müalicə üsullarından bəhs olunur. Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə nəşr olunan kitab dörd hissədən ibarətdir. Əsərdə əczaçılıqda istifadə olunan vasitələrin forma və xüsusiyyətləri haqqında dolğun məlumat verilir.

Kitabın elmi redaktoru Azərbaycanın Tibb Tarixçiləri Birliyinin prezidenti, tarix elmləri doktoru Fərid Ələkbərlidir.

KÖŞƏ YAZARLARI
TOP 10