Hislərim hökm edir,əqlim düşünür, gerçəyi axtarır, başına dönüm

23 Baxış

ilham aslanov

Başına Dönüm

 

Ürəyim çaş qalıb düşüncələrdə,

Döyüşür hissimlə, fikirlərimlə.

Hislərim hökm edir,əqlim düşünür,

Gerçəyi axtarır, başına dönüm.

 

Gerçək budur,gülüm  sevirəm səni,

İkiyə bölübdür  fikirlər məni,

Əqlim qəbul etmir olan hissləri,

Ürəyim deyir sev, başına dönüm.

 

Dinlə gör nə deyir qəlbimin səsi,

Ürəklə beyinin yox əlaqəsi,

Beyin yaranıbdır düşünmək üçün,

Ürək sevmək üçün, başına dönüm.

 

Sən də at başından bu fikirləri,

Düşüncələrlə keçirmə günləri,

İnan hisslərinə, inan eşqinə,

Sən qəlbini dinlə, başına dönüm.

 

Təslim olma əqlin üsyan edirsə,

Sən də sevginən ürəyin sevirsə,

Əgər ürəyin məni bəyənirsə,

Ürəyinə dəymə başına dönüm.

Ürəyinə dəymə başına dönüm!

 

İlham Aslanov

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10