Hitlerin “Mənim mübarizəm” kitabı bestsellərə çevrildi

25 Baxış

Commented edition of Nazi leader Hitler's book releasedAdolf Hitlerin “Mayn kampf” (“Mənim mübarizəm”) adlı iki cildlik kitabı Almaniyada satışa çıxarılıb və 70 il ərzində ilk dəfə çap olunan kitab bir neçə saata satılıb. Britaniya qəzeti The Telegraphın məlumatına görə, nasist diktatorun məşhur əsəri Müasir Tarix İnstitutu tərəfindən 4 min nüsxədə çap olunub və qısa müddətə bestsellərə çevrilib. Hələ satışa çıxrılmadan öncə kitab üçün təqribən 15 min sifariş verilib. Kitab 59 avroya satılıb, sonradan internetdə qiymətlər xeyli yüksəlib, hətta 10 min avroya çatıb.

Yeni kitab milli-sosializm cinayətləri tarixi nöqteyi nəzərindən izah edilən elmi şərhlərlə birgə nəşr edilib. İnstitutun saytında qeyd edilir ki, bu yolla naşirlər kitabın orijinal versiyasının təbliğinin qarşısını almağa çalışırlar.

Xatırladaq ki, Adolf Hitler “Mənim mübarizəm” kitabını 1924-cü ildə baş tutmayan üsyandan sonra həbsxanada olduğu müddətdə yazıb. İkinci dünya müharibəsindəki məğlubiyyətdən sonra Berlindəki sığınacaqda intihar etdiyi deyilən Adolf Hitlerin kitabının müəllif hüququları Bavariya hökumətində olub. Onların müəlliflik hüquqlarının müddəti yanvarın 1-də sona çatıb. Satış da bundan sonra həyata keçirilib.