Hollivud ulduzlarının uğursuz rolları

31 Baxış

came
Aktyorlar bir çox hallarda oynadıqları rollardan razı qalmırlar. Onlar həmişə daha yaxşsını axtarırlar. Ancaq bəzi rollar da var ki, akyorlar bu obrazları canlandırdıqları üçün sadəcə olaraq utanırlar. Senet.az Hollivud ulduzlarının uğursuz rolları barəsində etiraflarını təqdim edir.

 

 

 

 

Şon Konneri – “James Bond”

Şon Konneri “James Bond” film seriyasının bir neçə filmində baş rol oynayıb. O, bu filmlə böyük uğur əldə etməsinə rəğmən, Ceyms Bond obrazından nifrət etdiyini bildirib: “Ceyms Bonddan nifrət edirəm, imkanım olsa onu öldürərdim”.

1

 

 

 

Arnold Şvartsenegger – “Red Sonja”

Arnold Şvartsenegger “Red Sonja” filmində canlandırdığı rolundan utandığını deyir. O, hətta övladlarının bu filmi izləyərkən utandıqlarını qeyd edib.

3

 

 

Keyt Uinslet – “Titanic”

Keyt Uinslet 1997-ci ildə Oskar mükafatı qazandığı “Titanik” filmi haqqında bunları deyir: “Hər dəfə bu filmə baxdanda “mən bu rolu necə oynamışam?” – deyə öz-özümdən soruşuram. Filmdəki Seline Dionun “My heart will go on” mahnısını eşidəndə ürəyim bulanır”.

4

 

 

Şia Labof – “Transformers: Revenge of the Fallen”

Şaya Labof “Transormers” film seriyasının ikinci filmindəki rolundan heç də razı deyil. O, film heyətində çox yaxşı oyunçuların olduğunu, ancaq bununla belə filmdən razı qalmadığını bildirib.

5

 

 

Cim Kerri – “Kick-Ass 2”

2013-cü ildə ekranlara çıxan “Kick-Ass 2” filmində oynayan Cim Kerri hər fürsətdə bu filmdə rol aldığı üçün peşman olduğunu deyir.

8

 

 

Deniyel Redkliff – “Harry Potter and the Half-Blood Prince”

 Harry Potter” seriyasının 6-cı filmi ‘Harry Potter and the Half-Blood Prince’ prakatda böyük gəlir əldə etsə də, Deniyel Redkliff rolundan heç də razı deyil. O, bu filmdə kariyerasının ən pis rolunu oynadığını qeyd edib.

11

 

 

Silvester Stalonne – “Stop! Or My Mom Will Shoot”

1992-ci ildə çəkilən “Stop! Or My Mom Will Shoot” filmi “Rocky” və “Rembo” obrazlarının yaradıcısı Silvester Stallone üçün böyük peşimançılıq yaşadıb.  O, bu filmi dünyanın, hətta qalaktikanın ən bərbad film kimi qiymətləndirir.

12

 

 

 

 

 

 

 

 

 

Corc Kluni – “Batman & Robin”

Corc Kluni 1997-ci ildə çəkilən ““Batman & Robin” filmində iştirak etdiyi üçün özünü qınayır. Kino tənqidçiləri bəyənmədiyi film barəsində Corc Kluni də mənfi rəydədir: “Həqiqətən çox bərbad bir film alınmışdı. Mənim oyunçuluğum da yetərincə pis idi”.

15

 

 

Bölmə : Manşet
KÖŞƏ YAZARLARI
TOP 10