Hollivudun sehrbazı vəfat etdi

11 Baxış

Saruman_Palantir

Məşhur ingilis aktyoru Kristofer Li 93 yaşında vəfat edib. Aktyor uzun müddətdir ki, xəstəxanada ürək çatışmazlığı xəstəliyindən müalicə alırdı.

Karyerası boyunca 250-ə yaxın filmdə rol alan Li aktyor kimi son 15 ildə oynadığı filmlərlə məşhurlaşmışdı.

“Üzüklərin hökmdarı” filmində Saruman, “Ulduz müharibələri”ndə isə Kont Douk obrazları ilə tamaşaçıların ürəyini fəth etmişdi.

Aktyor bununla yanaşı “Drakula”, “Ceyms Bond” kimi filmlərdə də mənfi qəhrəmanları canlandırmışdı

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10