“Hüseyn Cavid əsərlərinin gənc nəslin tərbiyəsində rolu” mövzusunda konfrans keçiriləcək

53 Baxış

husyencavid

2015-ci il oktyabr ayında Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyi “Hüseyn Cavid əsərlərinin gənc nəslin tərbiyəsində rolu” mövzusunda Respublika elmi konfransı keçirəcək.

Senet.az xəbər verir ki, konfransda iştirak etmək istəyən cavidşünaslar və bütün cavidsevərlər materialları AMEA Hüseyn Cavidin Ev Muzeyinə (Bakı ş. İstiqlaliyyət küç.26 ünvanına) çap və elektron formada (huseinjavid@gmail.com) təqdim etməlidir.

Materialların qəbul edilib-edilməməsi haqqında qərarı muzeydə təşkil olunmuş konfrans təşkilat komitəsi verir.

Tezisin qəbulu üçün son tarix: 31 May 2015-ci il

Qəbul edilən materiallar haqqında məlumatların verilməsi: 15 iyun 2015-ci il

Məqalənin göndərilməsi üçün son tarix: 25 iyul 2015- ci il

Konfrans materiallarına verilən tələblər:

Mətn A4 formatda, 12 ölçülü “Times New Roman” shrifti ilə, 1.5 intervalda hazırlanmalı, 5-8 səhifə həcmində olmalıdır. Yuxarı 2 sm., sağdan 3 sm., soldan 1 sm məsafə buraxılmalıdır.

Mətnin əvvəlində məruzəçinin adı, soyadı təmsil etdiyi müəssisə, növbəti sətrdə məruzənin adı verilir. Sonda ədəbiyyat siyahısı təqdim olunur. Mətnə rus və ingilis dillərində 5 cümlə həcmində xülasə əlavə olunur.

Əlavə məlumat üçün: Telefon: (012) 492-06-57

Bölmə : Konfrans
KÖŞƏ YAZARLARI
TOP 10