“Hüseyn Cavid – 135” şeir müsabiqəsinin qalibləri mükafatlandırılacaq

12 Baxış

15169182476487754053_1000x669

Fevralın 2-də Beynəlxalq Mətbuat Mərkəzində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi münasibəti ilə “Kaspi” Təhsil Şirkəti, “Kaspi” qəzeti, artkaspi.az mədəniyyət və ədəbiyyat portalının birgə təşkil etdikləri “Hüseyn Cavid – 135” şeir müsabiqəsinin mükafatlandırma və müsabiqəyə göndərilən poetik nümunələrdən ibarət antologiyanın təqdimat mərasimi keçiriləcək.

Senet.az xəbər verir ki, müsabiqənin qalibləri ekspert və münsiflər heyəti tərəfindən seçilib. İşıq üzü görən antologiyada müsabiqəyə təqdim olunan seçmə şeirlər yer alıb.

Sonunda tədbir iştirakçılarına kitablar təqdim olunacaq.

KÖŞƏ YAZARLARI
TOP 10