“Hüseyn Cavid. Pyeslər” kitabı nəşr olunub

8 Baxış

14906947444990610447_1000x669

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşri başa çatdırılan “Hüseyn Cavid. Pyeslər” kitabı oxucuların ixtiyarına verilib.

Nazirlikdən Senet.az-a bildirilib ki, kitabda görkəmli şair, dramaturq Hüseyn Cavidin “Ana”, “Şeyx Sənan”, “İblis”, “Səyavuş” və “Xəyyam” pyesləri toplanıb. Pyeslər H.Cavidin 2005-ci ildə nəşr olunan “Əsərləri” 5 cildliyindən götürülərək tərtib edilib. Yeni nəşrdə dramaturqun yazı dili və üslubu olduğu kimi saxlanılıb.

Xalq yazıçısı Elçinin tərtibçisi və “Ön söz”ünün müəllifi olduğu kitab “Təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib.

“Hüseyn Cavid. Pyeslər” kitabı Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.

KÖŞƏ YAZARLARI
TOP 10