“Hüseyn Cavid və müasir gənclik” mövzusunda konfrans keçiriləcək

9 Baxış

14611084_1098795766902169_5340695400657364525_n

AMEA Hüseyn Cavidin Ev Muzeyində “Hüseyn Cavid və müasir gənclik” mövzusunda elmi konfrans keçiriləcəkdir.

AMEA-dan Senet.az saytına verilən məlumata görə, cari ilin oktyabr ayının 21-də AMEA Hüseyn Cavidin Ev Muzeyində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birgə mütəfəkkir şair və böyük dramaturq Hüseyn Cavidin anadan olmasının 134-cü ildönümü münasibətilə “Hüseyn Cavid və müasir gənclik” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir.
Konfransda AMEA-nın vitse-prezidenti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnsitutunun direktoru, filologiya üzrə elmlər doktoru, professor, millət vəkili, əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin “Hüseyn Cavid lirikasının novatorluğu” , AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi,
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru, akademik Teymur Kərimlinin “Hüseyn Cavid irsində ətraf mühit gözəlliyinin bədii tərənnümü”, AMEA Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru, professor, millət vəkili, akademik Rəfael Hüseynovun “Azərbaycan türkcəsi, Türkiyə türkcəsi və Hüseyn Cavid türkcəsi”, AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının “Hüseyn Cavidin estetik idealı” adlı və s. məruzələrin dinlənilməsi və müzakirələrin aparılması nəzərdə tutulmuşdur. Konfransda çıxış üçün respublikanın müxtəlif universitetlərindən və AMEA-nın elmi tədqiqat müəssisələrindən göndərilmiş 30 məruzə seçilmişdir. Həmin məruzələrin daxil edildiyi konfrans materialları AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən artıq çap edilmiş və tədbir zamanı çıxış edəcək məruzəçilərə paylanılması nəzərdə tutulmuşdur.

 

Bölmə : Bölməsiz, Konfrans