Hüseyn Cavidi heç kim təhqir edə bilməz

91 Baxış

esas12

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, teleaparıcı Elçin Əlibəyli filosof Ağalar Məmmədovun Hüseyn Cavidlə bağlı səsləndirdiyi fikirlərə etiraz edib. O, Hüseyn Cavidin bu cür tənqid edilməsinin yolverilməz olduğunu bildirib: “Hüseyn Cavid ədəbiyyatımızın bəşəri dəyərləri çözən nadir simalarındandır. Müəllif kimi milli deyil, dünyavidir. Ədəbiyyatımızın bir böyük mərhələsinin məntiqi davamıdır. Mənə görə “İblis” əsəri bədii həllinə və ideya-məzmun yükünə görə “Faust”-dan daha üstündür. Ayrı janrlarda yazılmaqlarına baxmayaraq.”İblis” insan mahiyyətini meydana çıxarır. Bu cür açılışlar Cavid əfəndidə heç də indi heyranlıqla sitat gətirdiyimiz Dostoyevskidən pis alınmayıb. Dil məsələsində mənə elə gəlir ki, qəlbən turançı olan Cavid ortaq bir dil forması axtarırdı. Hansısa bir ədibin dil-üslub məziyyətləri tənqid oluna bilər, amma təhqir hədəfinə çevrilə bilməz. Cavid dahidir, onu qoruyaq”.

Qeyd edək ki, Ağalar Məmmədov Hüseyn Cavidi Azərbaycan dilinə yad sözlər gətirməkdə, dili zibilləməkdə günahlandırırdı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Manşet, Tənqid
KÖŞƏ YAZARLARI
TOP 10