Hüseyn Cavidin orijinal fotoşəkilləri tapılıb

22 Baxış

1

Şair Hüseyn Cavidin orijinal fotoşəkilləri tapılıb.

Bu barədə Senet.az-a Hüseyn Cavid Ev Muzeyinidən məlumat verilib: “Şairin pedaqoji fəaliyyəti dövründə 1924 və 1932-ci illərdə çəkilmiş orijinal fotoşəkillərini əldə etmişik. Fotoşəkillərdən biri Darülmüəllimin – Bakı Müəllimlər Seminariyasının 1924-1925-ci tədris ilində Hüseyn Cavidin 8-ci sinif şagirdləri və müəllim yoldaşları ilə çəkilmiş fotodur. Fotoşəkilin mərkəzində oturanlar sırasında ortada Hüseyn Cavidi, ondan sağda yazıçı Seyid Hüseyn Sadiqi, yuxarı sırada sağdan ikinci ayaqüstə Cavad Bağırovu görmək olar.
Digər fotoşəkil 10 fevral 1932-ci ildə saat 1-də Ukrayna nümayəndələri ilə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu dil şöbəsinin elmi işçiləri və aspirantları ilə birlikdə çəkdirilmişdir. Fotoda Hüseyn Cavid, Vəli Xuluflu, Salman Mümütaz, Bəkir Çobanzadə, Cavad Bağırov və başqa görkəmli ziyalıları görmək mümkündür”.

Bu fotoları muzeyə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Yusif Günaydın təqdim edib.
Qeyd edək ki, əldə edilmiş fotolar Hüseyn Cavidin Ev Muzeyinin ekspozisiyasına daxil edilib.

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10