Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin “Şeyda” və “Maral” əsərləri bolqar dilində nəşr olunub.
Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyindən Senet.az-a bildirilib ki, hər iki kitabın “Ön sözü”nün müəllifi muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır.
“Şeyda” əsərini bolqar dilinə Sofiya Şiqaeva, “Maral” əsərini isə Momçil Şopov, Janet Nikolova tərcümə ediblər.